Xəstəxanada 9 tibb bacısı eyni vaxtda hamilə qalıb
ABŞ-ın Portlend şəhərində xəstəxanaların birindəki qeyri-adi hal xəbər tutan hər kəsi təəccübləndirir. Doğum şöbəsindəki tibb bacılarından 9-u hamilədir.
Bizimyol.info xəbər verir ki, tibb müəssisəsi hamilə əməkdaşlarından 8-nin birlikdə fotosunu sosial şəbəkə səhifəsində paylaşıb. Şəkildə hər qadın əlində təxmini doğum günü qeyd olunan kağız tutub. Körpələr aprel-iyul aralığında dünyaya gəlməlidir.
Hamilə tibb bacılarından biri deyir: "İşə gələndə özün kimi hamilə qadınları görüb, onlarla ortaq qayğıları müzakirə etmək çox xoşdur". Onlar doğum dövründə bir-birinə dətək olmağı düşünürlər.
ABŞ-da dünyaya uşaq gətirən analar 50 və daha artıq əməkdaşı olan müəssisədə işləyirsə, onlara 12 həftəlik məvacib ödənilməyən məzuniyyət verilir. Xəstəxana rəhbərliyi açıqlamasında bu qədər əməkdaşının qısa müddətlik itkisinə hazırlıq görüldüyünü bildirib.
Keçən il ABŞ-da başqa bir tibb müəssisəsində oxşar hadisə baş vermişdi. Arizonada xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilə qalmışdı.
Paylaş:
Facebook
Twitter
Google + /bizimyol.info









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür