Xəzər TV-dən Xoşqədəm Baxşəliyeva ilə bağlı AÇIQLAMA

Xəzər TV-dən Xoşqədəm Baxşəliyeva ilə bağlı AÇIQLAMAMəlum olduğu kimi bir aydan çoxdur ki, ikinci Qarabağ savaşı - Vətən müharibəsi davam edir. Bu tarixi dövrdə ordumuza ümumxalq dəstəyinin, möhtəşəm ümummilli birliyin şahidi oluruq.
"Xəzər Media Holdinq" olaraq biz də bu birliyə öz töhfəmizi vermək məqsədilə efir yayımımızı vətənpərvərlik, ümummilli birliyə çağırış, müzəffər Azərbaycan Ordusuna dəstək, dövlət və xalqın həmrəyliyi üzərində qurmuşuq. Efirimizdə mövcud şəraitlə bağlı yayımlanan verilişlərdən biri də Azərbaycanın əməkdar jurnalisti Xoşqədəm Baxşəliyevanın təqdimatında "Atəş xətti" verilişidir. Verilişə qonaq qismində dəvət olunan ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, mədəniyyət nümayəndələri mövcud vəziyyətlə bağlı dəyərli fikirlərini ictimaiyyətlə bölüşürlər.
Lakin, təəssüf ki, son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır. Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan "Atəş xətti" verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub.
Məlumat üçün bildirmək istərdik ki, "Xəzər TV"nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq "Xəzər TV"nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub. Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.
"Xəzər Media Holdinq" olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq.
Bununla belə, "Xəzər TV"də yayımlanan verilişlərlə bağlı xoşagəlməz hallar olarsa, real faktları və görüntüləri [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Sizi əmin edirik ki, təqdim olunan faktlar tərəfimizdən tam araşdırılacaq və ehtiyac olduğu təqdirdə müvafiq addımlar atılacaq. /open.az

Şou Biznes     Baxılıb: 1821   Tarix: 09 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

turlar.az

qis geyimləri 2026 kosmetoloq geyim necə seçməli hakista xina yaxdi sengulum nagili ədəbiyyat testləri qadin saytlari kosmetika saglam qidalanma novruz bayramina aid hakisdalar qz eviyçun hakışta kley lekesi tapmaca