Xingal

Xingal(Azərbaycanın milli xəmir xörəklərindən olan xingalın bir növü)

(6 nəfərlik)

Ərzaqlar:Xingal

Xəmir üçün:

4 st un

1 ç.q duz

1 yumurta

1/3 ç.q sarıkök

Təxminən 1 st ilıq su

Yuxaları yaymaq üçün 2-3 x.q un

Üstü üçün:

1 ədəd toyuq

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

8-9 alça turşusu

1/3 ç.q sarıkök

3 yumurta

duz

istiot

Üstünə tökmək üçün:

1 kasa qatıq

2 diş sarımsaq.

Əridilmiş kərə yağı

Hazırlanması:

Soğanı soyub təmizlədikdən sonra yuyub xırda doğrayırıq.

XingalÜstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qovururuq. Tam qovrulandan sonra sarıkök əlavə edirik.

XingalToyuğu doğrayıb təmiz yuyuruq. Doğranmış toyuğu qovrulmuş soğanın üstünə töküb 10 dəqiqə qovururuq. Alça turşularını da əlavə edirik.

XingalXingalÜzünə çıxana qədər su əlavə edirib duz və istiotunu töküb vam odda 1-1,5 saata bişiririk. (Toyuğun əti tam bişməlidir)(kənd toyuqları bilirsiniz ki, yaşına görə gec ya tez bişir)

XingalToyuq tam hazır olanda yumurtanı sındırıb duz və istiot səpib çalırıq və yeməyin üstünə töküb qarışdırırıq. (Yumurtanı yeməyə tökəndə qazı çox yandırın ki, yumurta çürüməsin)

XingalXingalİndi isə xəmiri hazırlayaq. Unu duzu yumurtanı və suyu əvvəl qaşıqla sonra əlimizlə qarışdırıb normal xəmir yoğururuq.

XingalXingalXəmirdən balaca kündələr düzəldirik.

XingalAdi yuxa qalınlığında yayırıq.

XingalYaydığımız yuxaları sacın üstündə təpidirik. Yuxalar soyuyub qurumasın deyə salafan pakete yığırıq.

XingalXingalXingalHamısını bişirib qurtardıqdan sonra bıçaqla şəkildəki kimi doğrayırıq.

Xingal4 litrlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (İstəsəniz yuxalarınız heç bir –birinə yapışmasın suya 1-2 x.q. yağ tökə bilərsiniz) Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Su qaynayanda kəsdiyimiz yuxaları töküb bişiririk.10-15 dəqiqəyə yuxalar bişəcək.

XingalXingalBişmiş yuxanı aşsüzəndən süzürük.

XingalSarımsağı əzib qatıqla qarşdırırıq.

XingalBişmiş yuxanı töküb üstünə hazırladığımız toyugu tökürük. Zövqə görə istəsəniz əlavə olaraq əridilmiş kərə yağı tökə bilərsiniz.

Süfrəyə veriləndə yanında sarımsaqlı qatıq qoyuruq.

XingalNuş olsun!

Mətbəx     Baxılıb: 7240   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

turlar.az

həkim məsləhəti yaz geyimleri 2026 qadin sayti xəstəliklər müsabiqələr nar bilerziyi salati oxu zalı kosmetika sac modelleri haxisdalar namiq qaraçuxurlu qurd ve quzu toy gecesi