Xoşagəlməz qoxulardan xilas olmaq üçün

Xoşagəlməz qoxulardan xilas olmaq üçünEvdə arzuolunmaz qoxulardan xilas olmaq üçün bir neçə tədbir görə bilərsiniz. Məsələn, zibil vedrəsindəki qoxunu aradan qaldırmaq üçün meyvə-tərəvəz və yemək tullantılarını bir paketə yığıb, ağzıbağlı halda zibilə atın.
Hər gün olmasa da, iki-üç gündən bir zibil vedrəsini yuyucu vasitə ilə yuyun. Belə etsəniz, ağcaqanadların da qarşısını ala bilərsiniz. Qoxunu yox etmək üçün qızartma zamanı yağa bir budaq cəfəri atın, balıq qoxusuna görə isə ağzıaçıq qabda azca sirkəli su qaynadın.

Yeməkləri ağzını bağlamadan soyuducuda yerləşdirdikdə xoşagəlməz qoxular meydana çıxır. Əgər yeməyi soyuducuya ağzıaçıq qoymaq məcburiyyətində qalsanız, onda soyuducuya bir qab sirkə yerləşdirin. Pendir qoyduğunuz qaba da azca kəklikotu qoymağı unutmayın.

Siyirmələrdəki qoxular
Mətbəxinizdəki şkaf və siyirmələri əvvəlcə, yuyucu vasitə ilə silin, sonra kiçik bir qabda bir qədər un, bir qədər xardal və ya qoxulu sabunlardan qoyun. Yemək qızardarkən yayılan qoxu, şkafın içərisinə də hopur. Odur ki, şkafın (həmçinin siyirmənin də) qapaqlarını həmişə bağlı saxlayın.

Boya qoxusu
Boya qoxusundan xilas olmaq bir az çətindir. Gərək qapı və pəncərələri günlərlə açıq saxlayasınız. Digər tərəfdən, bunun üçün boya işi qurtardıqdan sonra otağın ortasına bir qabda hissələrə bölünmüş bayat çörək qoyun. Ertəsi gün isə həmin yerə başqa bir qabda qaynadılmış isti süd qoyun. Boya qoxusu tamamilə yox olmasa da, bir qədər azalacaq.

Siqaret qoxusu
Xüsusilə, izdihamlı qonaqlıqlardan və yığıncaqlardan sonra otağa günlərlə siqaret qoxusu hopur. Bunun üçün otağın künclərinə ipə keçirilmiş yaş süngər asın ki, qoxunu özünə çəksin.

Qazandakı qoxu
Uzun müddət istifadə edilməyən qazan və qab-qacaqlardakı qoxuları bir qədər quru qəhvə ilə yox edə bilərsiniz. Əgər bunun da faydası olmasa, qazana bir dilim limon qoyun, üzərinə bir qədər su əlavə edin və qaynadın.

Maraqlı     Baxılıb: 2524   Tarix: 30 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli yaz geyimleri 2026 qazan kotleti hazirlanmasi aloy gulunun faydasi uşaqları tərbiyə gavalinin xeyri kosmetika yemekler novruz xocali vetene aid atalar sozu kahfe fali