Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.

Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.
Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyiBu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.
Amma, istənilən kasıb insan kimi, o da "böyümək" və öz yaşıdlarını ötüb keçmək istəyirdi. Və Deyl onu varlı uşaqlarından fərqləndirən yeganə üstünlüyünü tapdı-natiqlik məharətini. Karneqi deyirdi ki, o təkcə kollecdə öz nitqini məşq etdirmirmiş, fermada, evdə də buzovla, atla, qoyunlarla danışırmış. İlk vaxtlar bunun bir faydası olmur. Kurs yoldaşları yenə də ona gülür, zarafat edirdilər. Bir ara ruh düşkünlüyünə uğrayan gənc Karneqi hətta həyatla vidalaşmaq haqda da düşünür. Amma dərhal özünü ələ alaraq yenidən məşqlərə başlayır. Sonda, ünsiyyətcil tələbə müzakirə dairələrinə qəbul olunur. Burada onun istedadı üzə çıxır! Deyl o qədər məharətli çıxışlar edirdi ki, bir çox tələbə Deyldən onların repetitoru olmağı xahiş edirdilər.
Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyiTezliklə Karneqinin təhsili başa çatdı. Həyatda öz yerini təyin etmək vaxtı çatmışdı. Karneqi fermerlərə natiqlik dərsləri vermək qərarına gəlir. Bu məqsədlə qəzetlərə elan yerləşdirir. Amma sağım, məhsul yığımı, alaq işlərini atmaq istəyənlər tapılmır.

Deyl yenidən depressiyaya düşdü. Hər şeyi atıb son puluna Omahu şəhərinə (Nebraska ştatı) bileti aldı. Orda özünə otaq tutub bekon, sabun və sala satışı üzrə agent vəzifəsində çalışmağa başladı. Burada gərgin işləsə də macal tapıb insanlarla ünsiyyət qurmaq haqqında balaca bir kitab yazır. Deyilənə görə o ev-ev gəzdiyi zaman insanlara təkcə bekon və sala almağı deyil, öz kitabını da təklif edirmiş. Deyl Karneqinin kitabına bir neçə ay ərzində yalnız bir alıcı tapıldı.

"Mən öz işimə nifrət edirdim, ucuz mebelli, tarakanlarla dolu otaqda keçən həyatıma nifrət edirdim. Ucuz, çirkli yeməkxanalarda qidalanırdım. Mən çox bədbəxt idim" — Deyl Karneqi o illəri yada salarkən deyirdi. Bu vaxt intihar haqqında da düşünürdü…

Amma arzusu onu həyatda qalmağa vadar edirdi. Bekon, sabun və sala satışından əhəmiyyətli dərəcədə məbləğ yığılanda-500 dollar-o, natiqlik və səhnə bacarığı məktəbini açmaq qərarına gəlir. Bu zaman uğur onun üzünə gülür. Böyük depressiya dövründə minlərlə insan onlara itirilmiş kapitalnıı qaytarmağa kömək edəcək o qurunu gözləyirdi. Belə quru isə Deyl Karneqi oldu. Onun qonorarları hər ay artırdı, Amerikanın hər yerindən çıxış üçün dəvətlər gəlirdi.
1936-cı ildə Deyl Karneqinin ən məşhur kitabı işıq üzü gördü: "Necə dost qazanmalı və insanlara təsir göstərməli". Kitabın əsas şüarı belə idi: "Müvəffəqiyyət qazanacağına inan və sən ona nail olacaqsan". Deyl Karneqinin bu kitabı dünya bestsellerlərindən biri oldu.

Karneqi ABŞ-da meqaulduza çevrildi. O, öz məsləhətlərini hamıyla və hər sahədə paylaşırdı; biznesmenlərə — biznesdə, fermerlərə — kənd təsərrüfatında, qadın və kişilərə — şəxsi münasibətlərdə. Karneqinin şəxsi həyatının müvəffəqiyyətsiz olduğunu isə çox az adam bilirdi, onun birinci nikahı boşanmayla bitmişdi, ikinci nikah da Deyla bədbəxtlik gətirmişdi. Amma bu məlumatlar ictimaiyyət üçün deyildi, o xoşbəxt ailə başçısı rolu oynayırdı.

Deyl Karneqinin həyatının sonu da kədərlidir. Həkimlər ona Hockina xəstəliyi diaqnozu qoymuşdular. Müalicə nəticə vermirdi. Karneqi yenidən intihar haqqında düşünməyə başlamışdı… Beləliklə natiqlik sənətinin mahir bilicisi, pozitiv düşünmə və özünüinkişaf mütəxəssisi 1 noyabr 1955-ci ildə həyatına son qoydu.
Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyiQadin.net

Maraqlı     Baxılıb: 2434   Tarix: 27 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

turlar.az

kosmetika mehsullari qadın geyimi qaşların formalari daglar haqqinda infeksion xestelikler viktoriya sekret geyim dəbləri kosmetika ana haqqinda bayati baldiza aid haxisda qardasa aid haxistalar novruz bayramına aid hakışta sanama