Xroniki limfotik leykozun gedişinin xüsusiyyətləri
Xroniki limfotik leykoz zamanı xəstələrdə autoimmun konfliktlər meydana çıxır.Buna orqanizmin öz normal hüceyrələrinə qarşı antitellərin peyda olması nəticəsində autoimmun anemiya və trombositopeniya yaranır.Belə bir situasiya leykemik prosesin ağırlıq dərəcəsi ilə əlaqədar deyil.Bu leykozun kəskinləşməsi periodundan kənarda baş verə bilir.Autoimmun leykemiya xroniki limfotik leykozun fəsadlarından olub 30% hallarda rast gəlinir.
Xronili limfotik leykozun gedişi kəskinləşdikcə limfosarkomanın yaranması ilə xarakterizə olunur.Limfatik düyünün sarkoma tipli böyüməsi,limfalarda daş kimi bərkliyin əmələ gəlməsi,infiltirasiya və ətraf toxumaları sıxması,hərarətin yüksəlməsi və xarakterik histoloji mənzərə ilə müşahidə olunur.
Xroniki limfotik leykozun xoşxassəli gedişi intoksikasiya əlamətlərinin olmaması və limfaların azacıq böyüməsi,dalağaın az böyüməsi ilə xarakterizə olunur.Bu zaman qanda leykositlərin miqdarı çox artmır,sümük iliyində ocaqlı limfoid metaplaziya aşkar edilir.
Xəstəlik zamanı şiş prosesin proqressivləşməsi zamanı meydana çıxır.Limfatik düyünlər və dalaq böyüməyə başladıqda xəstələrə birincili - dayandırıcı müalicəyə başlanılır.Çünki xəstəliyin əlamətləri inkişaf etdikcə xəstələrdə hemolitik anemiya və trombositopeniya əlamətləri özünü göstərməyə başlayır.
Milli.Az









Hakışta
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Uzun müddət oturmaq ölüm riskini artırır
Arıqlamağa mane olan 3 böyük səhv