Xroniki otit – Qulaqların iltihab bəlası

Xroniki otit – Qulaqların iltihab bəlasıƏgər qulaqda bir dəfə iltihabi proses olan otit yarandısa, insan uzun illər onunla mübarizə aparmalı olur. Gah itir, gah sağalır, gah da yenidən başlayır.
İrinli otitin yaranma səbəbi infeksiyalardır. Əgər vaxtında yüngül bir ağrı, irin əlaməti gördükdə, həkimə müraciət edilməsə, sonrakı proqnozlar xoş  olmur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, otit eşitmə qabiliyyətini zəiflətdiyi, hətta karlığa səbəb olduğu üçün bu funksiyanı tam bərpa etmək otiti vaxtında müalicə etməkdən asılıdır. Əgər otit xronikləşsə, iltihabi proses kəllə daxili strukturlara kimi yayılır, hətta meningit və absesə səbəb olur.
Əlamətləri:
Beynəlxaq təsnifata görə, xroniki irinli otit zamanı ən azı 2 həftə ərzində qulaqdan irin kütləsinin gəlir. Statistikaya görə, bu patologiya yer əhalisinin 2-3%-də rast gəlinir. Daha çox 18 yaşına kimi insanlarda rast gəlinir.
İrin kəlləyə kimi gedib çıxdığına, eşitməni bəzən tam pozduğuna görə otit həkimlər üçün ciddi və qorxulu xəstəliklər siyahısındadır.
Otiti stafilakokk, klebsiella, protey kimi bakteriyalar oyadır, eləcə də streptokoklar iltihabi proses verə bilər. Bəzən otiti patogen bakteriya və müxtəlif göbələklər də törədir.
Qulaq çöpü
Qulaq çöpü ilə ehtiyatsız, dərim təmizləmə zamanı barabanın tamlığı pozularsa, pərdə zədələnərsə bu zaman da iltihabi proses işə düşür.
Əgər bir insanda anedoidlər, haymorit, burunda xroniki iltihab prosesi varsa, o qulağa da keçə bilər.
Uzun müddət ağır xəstəlikdən, tez-tez qrip virusu keçirdikdə, həmçinin immunitet düşdükdə də otit başlayır.
Əlamətləri:
-Qulaqdan irinli axıntı
-İrində qan izləri
-Ağrı
-Qulaq tutulması
-Eşitmə zəifliyi
-İrin sümüklərə çatdıqda qulaqdan, ümumiyyətlə xəstənin başından pis qoxu gəlir
-Başgicəllənmə
Diaqnostika
LOR həkim tərəfindən instrumental diaqnostika ilə aparılır. Otoskopiya, mikrootoskopiya, audiometriya, elektroxleoqrafiya və s.  İrindən əkmə olunur. Daha ağır formalarda kəllə və sümüklərin vəziyyətinə baxmaq üçün KT olunur.  Həkim antibakterial dərmanlar yazır,  yerli iltiihab əleyhinə dərman, mazlar təyin olunur. Ağır hallarda irini təmizləmək üçün cərrahi müdaxilə olunur.
Ona görə qulaqda istənilən xoşagəlməz axıntı, hissiyat olduqda həftələrlə gözləmədən LOR həkimə müraciət edin.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3211   Tarix: 03 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri makiyaj instagram elm haqqında atalar sözleri körpə və ona qulluq qarın yağları döş əmən kişilər kosmetika qurd ve quzu novruz bayramı haxışta salatlar gəncə hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz