Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanma

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanmaPiylənmə, ateroskleroz, xroniki yorğunluq sindromu, onkoloji, autoimmun və neyrodegenerativ (Alsheymer, Parkinson) xəstəliklər, astma, podaqra, allergiya, diabet, akne, revmatoid artrit, artroz, fibromialgiya, tükənmə sindromu...
Bu xəstəliklərin günümüzdə çox böyük vüsət alması artıq ÜST tərəfindən həyəcan siqnalına səbəb olmuşdur. Ölkəmizdə də  qeyri-infeksion xəstəliklərlə mübarizə üçün  dövlət proqramı qəbul olunmuşdur ("Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya").                                                                                                             
Təzahür və gedişat baxımından çox fərqli olan bu xəstəliklərin əslində çox önəmli ümumi xüsusiyyətləri vardır. Belə ki, onlar:
- ötən illərə nisbətən müasir dövrdə çox geniş yayılmışdır
- əsaslarında əksər hallarda yanlış qidalanma ilə təhrik olunmuş gizli iltihab durur.
İrsi meyillik, pis ekoloji durum, psixoemosional stress, xarici toksinlər etioloji faktor kimi əhəmiyyətli olsa da, əksər hallarda bu xəstəliklər həyat tərzi (life style), xüsusən də yanlış qida vərdişləri ilə bağlıdır.
Qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro- və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər faydalı maddə alıb normal fəaliyyət göstərsin, əks-təqdirdə bu hüceyrə tədricən məhv olacaq. Bu prosesi tək bir hüceyrə deyil, bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə, vaxtsız qocalmaya səbəb olacaq.
Bu sadə prinsipin inkar edilməsi, müasir insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlığa deyil,  qida industriyasına xidmət edən kommersiya qidasının, yaxud, aqressiv qidanın istehsalına güclü təkan vermişdir. Bu növ qidaların istifadəsi əsasən 20-ci əsrin sonu - 21-ci əsrin əvvəlində - sənaye emalı keçmiş qida məhsullarının vüsət alması ilə çox geniş yayılmışdır.
Elə həmin vaxtlardan reklam vasitəsilə uşaq və gənclərin beynində ayaqüstü "yemək kultu" yaradılaraq, ailə yeməyi ənənəsi evlərdən ictimai qidalanma müəsissələrinə daşındı. Eyni zamanda, bu növ yemək yerlərinin al-əlvan, cazibəli əyləncə mərkəzlərində yerləşməsi zərərli yeməkdən alınan xoş təəssüratı təmiz beyinlərə rahatlıqla yeridərək bir dominant yaratdı.
Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar sıravi vətəndaşların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Sənaye qidası yalnız bir məqsədə qulluq edir - şəkər, duz, yağ və  bir çox kimyəvi qatqılar vasitəsilə asılılıq yaratmaq və müvafiq olaraq, belə qidalardan davamlı istifadəyə sövq etmək.
Süni qidanın hansı fəsad törədəcəyini ehtimal etmək çətin deyil. İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Keyfiyyətsiz və bəzən hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən kimyəvi maddələr əlavə olunur.
Hazırda əsas toksin mənbələri - "tullantı" qida (junkfood) və bu qida və içkilərin qablaşdırıldığı plastik yaradır ki, onların tərkibindəki ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə neqativ təsir göstərərək şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər.
Bisfenol kimyəvi strukturuna görə qadın cinsi hormonunun sintetik analoqudur; bütün plastik butulkalar, qablar, o cümlədən körpələri yedizdirmək üçün istifadə edilən qabların tərkibində mövcuddur.
Aqressiv qidalar sırasına çox geniş istifadə edilən və dırnaqarası qida sayılan transyağlar, toksin xassəli  rəngvericilər, qatılaşdırıcılar, dad və qoxu gücləndiricilərdə aiddir.
Bu maddələrin bəziləri hətta asılılıq yaradaraq, leqal narkotik adlandırılmışlar. Məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni - meyvədənsə qablaşmış keks-konfet-tort-suxariklərə meyilləndirən. Belə qidalanan və kifayət qədər lazımlı nutriyent almayan uşaq orqanizmi qıt resurslarla böyüsə də, təəssüf ki, sağlam olmur. Vüsət almış uşaq aqressiyası və hiperaktivliyi, allergiyalar birmənalı olaraq qida faktoru ilə əlaqəlidir.
Müasir insan çox yeyir, lakin doymur, "acdır" - bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan, öz daxili resurslarını (vitamin, mineral..) çoxsaylı toksinlərin zərərsizləşdirilməsinə yönəldən  orqanizmin dəyərli komponentləri nədə gəldi axtarmasındadır: məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur. Bu baxımdan heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən müalicə etmək mümkün deyil.
Məlumdur ki, hər bir orqan milyonlarla hüceyrədən ibarətdir və bu orqanın yaxşı və ya qeyri-kafi fəaliyyəti onun hüceyrələrinin yaşam mühitindən birbaşa asılıdır. Orqanizmdə hüceyrələr yalnız şəffaf, duru mayeli mühitdə fəaliyyət göstərərkən, orqanın və bütövlükdə orqanizmin sağlamlığını təmin edə bilər.
Təəssüf ki, müasir qida və qidalanma tərzi xroniki intoksikasiya törədərək, daxili mühiti kobud şəkildə dəyişir, metabolik pozulmalara, onların əsasında isə sivilizasiya xəstəlikləri adlanan müxtəlif patologiyalara yol açır. Bu mühitin duru, axarlı deyil, qatı bir substansiyaya çevrilməsi hüceyrəarası kommunikasiyaları, hüceyrələrlə mərkəz arasında əlaqələri pozaraq, istənilən terapiyanı bəri başdan uğursuzluğa məhkum edir.
Bu mühitin normallaşması uğurlu terapiyanın çox vacib şərtidir. Bunun ən effektiv və qısa yolu isə dietoterapiyadır. Bu baxımdan müalicənin ilkin mərhələsində qida korreksiyası (qida ilə daxil olan toksin axınının qarşısının alınması, qida toksikozunun aradan qaldırılması və faydalı  qida vasitəsilə endoekologiyanın bərpası) uğurlu terapiyaya zəmin yaradır. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 12 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim seçimi maskalar sac duzumleri yay paltarlari veten haqqinda atalar sozu ana və uşağın ev məktəbi qripdə nə etməli kosmetika lakonizm usaq geyimleri babasil sanamalar yuxuda qara ilan gormek