Xroniki yorğunluq sindromu və onu yaradan səbəblər

Xroniki yorğunluq sindromu və onu yaradan səbəblərStatistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Stres, yuxu problemi və əzələ ağrıları xəstəliyin əsas səbəbləridir. Bir müddət sonra onlarda diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, gün ərzində aqressiv və gərgin olurlar.
Milli.Az bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Belə xəstələr əsasən halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər. Həmin şikayətlərin altı aydan çox davam etməsi xroniki yorğunluq sindromu hesab olunur. Səbəbi tam olaraq məlum olmasa da, bəzi hallar, məsələn, yorğun iş rejimi, stresli həyat tərzi, psixoloji gərginlik yaşayanlarda belə hal daha çox müşahidə edilir".
Həmin halın aradan qaldırılması yolları barədə danışan həkim-terapevt deyib: "Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi qeyd edilir. Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmağa və aktiv həyata keçməyə çalışmaq lazımdır".
Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1102   Tarix: 25 may 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq