Yaddaşın pisləşdiyi hallara dair tədqiqatlar aparılır

Yaddaşın pisləşdiyi hallara dair tədqiqatlar aparılırYaddaşından şikayətlənən insanlar bunu daha çox hər gün böyük həcmdə informasiya almaq ilə əlaqələndirirlər. Lakin məsələ heç də informasiyanın miqdarında olmayıb, insanın həmin informasiya mənbələri ilə necə davranmasından asılıdır. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stenford Universitetindən bir qrup tədqiqatçı 18-26 yaşarasında olan insanların iştirakı ilə eksperiment aparıb. Eksperimentə əsasən, gənclər onlara göstərilən şəkillərdəki təsvirlərdən nəyin dəyişdiyini müəyyənləşdirməli olublar. Dəyişikliyi görmək məqsədilə onlardan əvvəlki şəklin necə olduğunu yada salmaq tələb edilib. Təcrübəyə cəlb edilənlər şəklin əvvəlki variantını yada salmazdan öncə onları bu işdən nə iləsə yayındırıblar.
Eyni vaxtda iştirakçıların elektroensefaloqramı (EEQ) qeydə alınıb və bəbəyin ölçüsü qiymətləndirilib. Məlum olub ki, ənsə hissədən çıxan alfa-dalğalar güclənibsə, deməli, insanın fikri həqiqətən yayınıb, diqqəti itib. Bəbəklərin daralması da bundan xəbər verir. Əgər insan nəsə etməyə hazırlaşanda bəbəklər daralırsa, deməli, o, fikri dağınıqlığı səbəbindən işi pis icra edəcək.
Eksperiment zamanı kiminsə diqqəti daha çox, yaxud daha az yayınıb ki, bu da EEQ və bəbəklər üzrə görünüb. Kiminsə diqqətini yayındırmaq çətin olub, həmin şəxs testin öhdəsindən yaxşı gəlib, yəni şəkildə əvvəlki ilə müqayisədə nəyin dəyişdiyini müəyyənləşdirə bilib. Təcrübədə olanların diqqəti nə qədər az yayınıbsa, onların yaddaşı yaxşı işləyib.
Tədqiqatçılar, həmçinin çoxtapşırıqlılıqla bağlı yaddaşı yoxlayıblar. Bunu ən yaxşı olaraq, insanın eyni vaxtda bir neçə qadjet və ya media mənbələrində işləməsilə müqayisə etmək olar. Məsələn, əgər insan notbukda filmə baxarkən, həmçinin smartfonda kiməsə nəsə yazırsa, sonra isə planşetdə başqa birisinə cavab yazırsa, bu halı çoxtapşırıqlılıq adlandırmaq olar. Lakin belə hal daim diqqəti birindən digərinə yönəltməyi tələb edir. Beləliklə, çoxtapşırıqlılığa meyilli gənclərdə yaddaşın pis olması təəccüb doğurmur. Əgər insan yaddaşının yaxşı işləməsini istəyirsə, informasiya axınının qarşısını bir o qədər almaqdansa, özünü nizamlı, sistemli aparmağı bacarmalıdır. Tədqiqatçılar dəqiqləşdirirlər ki, söhbət media çoxtapşırıqlılığından - insanın eyni vaxtda bir neçə informasiya mənbəyi ilə işləməsindən gedir. Bununla yanaşı, insan digər sahələrdə də bir çox işləri icra edir: məsələn, eyni vaxtda xörək hazırlayır və körpə uşaqla məşğul olur. Belə halda hansı koqnitiv effektlərin meydana gəldiyini bilmək maraqlı olardı. Bundan başqa, yaddaş problemi çoxtapşırıqlılıq və diqqətin yayınması ilə müəyyən dərəcədə bağlıdır, lakin səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək üçün daha çox təcrübə aparmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 05 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi hamiləlik ekzema xəstəliyi hüquqşünas hamiləlikdən sonra dirnaq maskalari kosmetika birlik öpüşme sevgi vidyolar irem derici