Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər

Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilərDəri problemlərinin birbaşa qidalanma ilə əlaqəli olduğunu söyləmək olmaz. Onun quru və ya yağlı olması hormonal xəstəliklərin də əlaməti ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Milli Dietoloqlar Dərnəyinin üzvü Nataliya Kruqlova "Life.ru"ya verdiyi müsahibədə danışıb.
"Bəzən yalnız irsi amillər, bəzən də hormonal balansın pozulması səbəbindən dərinin yağlılığı artır. Bunun birbaşa pəhrizdən asılı olduğunu deyə bilmərik. Çünki bu, hər kəs üçün keçərli deyil. Elə xəstələr var ki, balanslı qidalanmaya diqqət yetirməsinə, rasiondan artıq yağlar və sadə karbohidratları çıxarmasına baxmayaraq, nəticələr dəriyə təsir etmir.
Hər halda qidalanmanı normallaşdırmaq və pəhrizdəki heyvan mənşəli yağların miqdarını azaltmaq lazımdır. Sağlam qidalanmaya diqqət yetirin, daha çox tərəvəz, göyərti, meyvə, tam taxıl çörək, tərkibində A və E vitaminləri olan qidalar qəbul etmək lazımdır, lakin şirniyyat və sadə karbohidratlar məhdud olmalıdır. Tərkibində doymuş yağlar çox olduğu üçün kolbasalardan da imtina etməyə dəyər", - həkim açıqlamasında bildirib.
Dermatoloq Yekaterina Vertiyeva isə quru, normal və yağlı dərinin genetik olaraq miras qaldığını vurğulayıb: "Yağlı dəri də iki növə malikdir: adi yağlı, nəmsiz yağlı. Bu, tez-tez quru ilə səhv salınır, odur ki, lazımi dərəcədə baxılmır.
Yağlı dəri yüngül qulluğa ehtiyac duyur, bunlar əsasən gellər, mayelərdir. Yəni dərinin nəfəs almasına imkan verən məhsullar istifadə etməlisiniz. Yağlı dəri yağlı kremlərin tətbiq olunmasına dözmür. Qara nöqtələrin, sızanaqların yaranmasının qarşısını almaq üçün turşuların istifadəsini tələb edir.
Yağlı nəmsiz dərini quru ilə qarışdırmaq olmaz. Birincisi lipid səth qatının bərpasını, ikincisi isə nəm tələb edir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2142   Tarix: 16 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

qis geyimləri 2026 geyim dəbləri aksessuarlar bilik haqqinda atalar sözləri daban agrilari qripdən qorunmaq qara qaragat kosmetika geyim xlor lekesi gözəllik xanım az oglaq