Yağlı yeməklər zərərlidir - Beyini "iflic edir
Yağlı yeməklər orqanizmdə piylənməyə səbəb olmaqla yanaşı, insan beyninin fəallığını da azaldır. Bu yaxınlarda aparılan tədqiqatlar da insan beyninin qeyri-düzgün qidalanma nəticəsində intellektual və keyfiyyətli fəaliyyətini yavaş-yavaş itirdiyi təsdiq olunub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Vircinya ştatının Tibb kollecindən olan bir qrup alimin uzun müddətli araşdırmaları sona çatıb. Siçanlar üzərində aparılan tədqiqatlarda həqiqətən də qidalanma pozğunluğu və yağlı yeməklərin təsirindən beyində yaddaş genlərinin balansının pozulmasına rast gəlinib.
Sınaqlarda istifadə edilən siçanlar iki qrupa bölünüb. Bir qrupa daxil olan siçanlarda tənzimləyici hipotalamus hormonlarının fəallığı dondurulub. Daha sonra hər iki qrupa tərkibində yüksək dərəcəli yağ olan qidalar verilib.
Genləri dondurulan siçanlar qidadan sonra digərlərinə nisbətən daha az çəki almışdılar. Eyni zamanda onların digər qrupa nisbətən daha az yemək yedikləri də müşahidə olunub.
Bununla da alimlər kökəlmənin qarşısını almaq üçün həmin genlərin insan orqanizmində də dondurulmasını iddia edirlər. Hazırda insanlar qidalanma zamanı hormonların yüksək fəaliyyəti səbəbindən doymaq instinktini hiss etmirlər. Bu barədə beyinə ötürülən siqnal olduqca gec çatır və bu zaman insan normadan artıq qidalandığı üçün orqanizmdə piylənməyə yol açır.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi