Yapon həkim 80 yaşa qədər sağlam yaşamağın SİRRİNİ AÇDI
Yapon psixiatrı Hideki Vada qidalanmanın insan həyatında mühüm rol oynadığını bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, psixiatr müntəzəm istifadəsi ömrü uzadan və əhval-ruhiyyəni yaxşılaşdıran bir məhsulun adını açıqlayıb:
"80 yaşdan sonra sağlam qalmaq üçün 70-i haqladıqda iki əsas məqamı xatırlamaq lazımdır - iş motivasiyasını saxlamaq və hərəkətverici funksiya. 70 yaşına kimi insanlar adətən hərəkətverici fəaliyyətini itirirlər, çünki hər şeyə maraq azalır, dostlarla görüşmək, çölə çıxmaq istəmirlər. Motivasiyanın azalmasının qarşısı alınmasa, gündəlik fəaliyyət səviyyəsi aşağı düşməyə davam edəcək, hərəkətverici və beyin funksiyaları sürətlə pisləşəcək.
"Motivasiya itkisinin qarşısını almaq baxımından hər kəsə ilk növbədə ət yeməyi tövsiyə edirəm. Bir çox insanlar daha az ətli və bitki əsaslı qidalanmanın qocalıqda faydalı olduğunu düşünür, lakin bu, doğru deyil", - Hideki Vada qeyd edib.
Həkim əlavə edib ki, ətin insanları xoşbəxt hiss edən serotonin hormonları istehsalını təşviq edir.









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi