Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq
Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər.
Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağa məcburdurlar, lakin çox da uzaq olmayan gələcəkdə dişlərin yenidən böyüməsi ehtimalı var.
Milli.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqatın müəllifi Katsu Takahashi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. Tədqiqatçılar ilkin təcrübələrdə bu dərmanları anadangəlmə az dişli siçanlara veriblər ki, bu da onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.
İndi sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili tətbiq olunacaq.
Kitano Xəstəxanasının stomatologiya və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Takahaşi dərmanın insanlar üzərində sınaqlarının başlamasını şərh edib:
"Biz diş itkisindən və ya əskikliyindən əziyyət çəkənlərə kömək etmək üçün bir şey etmək istəyirik. İnanırıq ki, insanların dişlərin böyüməsi ilə bağlı gözləntiləri yüksəkdir".
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf