Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDA

Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDAYapon mühəndis və aykido ustası Katsuzo Nişi uşaqlıqdan çox xəstə idi. Onu müalicə edən həkim valideynlərinə oğlanın 20 yaşına çata bilməyəcəyini söyləmişdi. Sağlamlığını gücləndirmək üçün valideynləri Katsuzonu 3 il monastıra göndərməyə qərar verir.
Sağlamlığını yaxşılaşdırmağın yollarını axtaran Nişi monastrda müasir həkimlərin kitablarını deyil, həm də Şərq və Avropa tibbinə aid qədim risalələri oxuyurdu. Uzun illər davam edən araşdırmalar nəticəsində Katsuzonun bədənin yaxşılaşdırılmasına dair kitab yazır. Kitab 1927-ci ildə müəllifin 44 yaşında ikən nəşr edilir.
Deyilənə görə, Nişi 70 minə yaxın ədəbiyyat oxuyub. Qədim Çin, Hindistan, Orta Asiya, Misir, Almaniya, Qərbi Avropa eləcə də bir çox ölkələrdə yazılan tibb ədəbiyyatlarını mənimsəyib. 70 min kitabın içindən cəmi 362-sini seçib və özünün möhtəşəm sistemini yaradıb. İxtisasca mühəndis olsa da, düşüncə etibarilə İbn Sina təfəkküründə olan bir loğman idi. İbn Sinanı da mükəmməl mənimsəyib. Onun möhtəşəm sağlamlıq sistemi cəmi 6 qaydadan ibarətdir ki, o qaydalar həqiqətən möcüzə yarada bilir.
Publika.az oxucuları bu qaydalarla tanış edir.
1. Sərt yataq
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDAO qədər nadir olmayan onurğanın əyriliyi daxili orqanların müxtəlif xəstəliklərinə yol aça bilər. Odur ki, yalnız gündüz deyil, gecə də onurğa və duruşunuzu izləməlisiniz. Nişi inanırdı ki, düz bel insanı bir neçə santimetr daha hündür edir və həzm orqanlarının işinə də müsbət təsir göstərir.
2. Yastıq yerinə möhkəm bir rulon
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDAMaraqlıdır ki, Yapon xalqının çoxu əyri boynu qısa ömürlülüyün ilk əlamətlərindən biri olduğuna inanır.
Yuxu zamanı boynumuzun vəziyyətini idarə etmək çətindir, Nişi adi yastıqları möhkəm bir rulonla əvəz etməyi tövsiyə edir. Bu şəkildə 3-cü və 4-cü fəqərələr onun üzərində yerləşəcək.
3. "Qızıl balıq" məşqi
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDABelüstə döşəməyə uzanın. Ayaqlarınızı mümkün qədər çox qabağa uzadın, pəncələrinizi tavana perpendikulyar şəkildə cütləyin. Əllərinizi başınızın üstündən geri atın. Sağ dabanı yerə dirəyib, bədəninizi aşağı dartın və eyni vaxtda bədəni əllərlə əks istiqamətdə dartın. Hər dəfə bunu edərkən 7-yə qədər sayın. Eyni hərəkəti sol dabanla da edin. Hər dabanla 10 dəfə dartmaq lazımdır. Məqsəd – burxulmuş fəqərələri dartıb öz yerinə salmaq və düzəltməkdir.
Qollarınızı dirsəkdə büküb, əllərinizi boyunun altına qoyun. Pəncələri cütləyib tavana perpendikulyar şəkildə saxlayın. Dabanları, çanağı və kürəkləri yerə sıxın. Fikirinizi cəmləyib məşqə başlayın. Cüt ayaqları sağa, başı isə sola tərəf hərəkət etdirin. Fəqərə sütunu tərpənmir. Titrəməni sürətlə etmək lazımdır. Bütün bədəninizin titrəməsi üçün ayaqlarınızı sola və sağa doğru əyin. 2 dəqiqə məşq edin.
4. Kapilyar dövranı yaxşılaşdırmaq
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDAMəşqin məqsədi orqanlarda kapilyarları stimullaşdırmaq, bədən boyunca qan dövranını yaxşılaşdırmaq, limfanın hərəkəti və yenilənməsidir. Bu məşq qaçışın yaxşı əvəzləyicisidir, çünki oynaqlarda və ürəkdəki yükü çıxarmağa imkan verir, bu da çox vacibdir. Çılpaq şəkildə yerinə yetirmək mümkündürsə, yuxarıda göstərilən təsirlərə əlavə olaraq dərinin nəfəs almasını da aktivləşdirirsiniz. Bu, dəri vasitəsilə toksinləri bədəndən təmizləməyə kömək edir.
Əllərinizi və pəncələrinizi bir-birinə yapışdırıb, ikisini də paralel şəkildə göyə qaldırın. Pəncəniz tavana paralel olmalıdır. Bu vəziyyətdə qol və ayaqlarla titrəyən hərəkətlər etməyə başlayın. Bütün bunları 1-3 dəqiqə edin.
5. Ayaqların və ovucların bağlanması
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDASərt səthə yatın, 3-cü və 4-cü servikal vertebranın altına möhkəm bir rulon qoyun. Döşəmədən qalxmadan ayaqlarınızı dizlərdə bükün və dabanları bir-birinə yapışdırın. Əllərinizi də sinədə birləşdirib açmadan yuxarı qaldırıb aşağı endirin. Məşqlər 10 dəfə təkrarlanmalıdır.
Bu məşq beyin və bədən tarazlığa kömək edir, əzələlərin, sinirlərin və qan damarlarının funksiyalarını aktivləşdirir. Bunu həyata keçirərək, qan dövranını təbii olaraq yaxşılaşdıran və ürəyə yükü azaldan diafraqmaya kömək edirik. Bu məşq həm də daxili orqanların işinə kömək edərək vücudumuzun sağ və sol əzələlərinin qarşılıqlı təsir edir.
6. Qarın və bel
Yaponları dünyanın ən sağlam xalqı edən 6 QAYDABardaş vəziyyətində yerə oturun, çiyinlərinizi sağ və sola tərəf əyin. Bütün məşqləri 10 dəfə təkrarlayın. Hər bir məşq blokundan sonra aşağıdakıları edin: qollarınızı ön tərəfə uzadın və ovuclarınızı yerə perpendikulyar qoyun.
Başınızı sol çiyinə çevirin və arxaya baxın, bunu sağ çiyninizlə təkrarlayın. Eynisini əllərinizi başınızın üstündə də edin.
Katsuzo Nişi insanın sağlamlığı üçün ehtiyacı olan hər şeyin bizdə olduğuna inandırırdı, əsas odur ki, tənbəlliyə tab gətirməyin və potensialınızı aşkar etməyin.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1854   Tarix: 14 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

makiyaj instagram toy makiyajlari reseptler ana ve usaq permanent makiyaj dirnaq maskasi doğuşa hazırlıq kosmetika sekisler həmidə hakışdalar bayatı qurd xəstəliklərinə qarşı mualicə