Yaraları sağaldır, qrip əleyhinə işlədilir, görmə qabiliyyətini artırır... Soğan şirəsinin bilmədiyimiz faydaları

Yaraları sağaldır, qrip əleyhinə işlədilir, görmə qabiliyyətini artırır... Soğan şirəsinin bilmədiyimiz faydalarıSoğan şirəsi təbabətdə müxtəlif yaraları tez bitişdirib sağaldan, qrip əleyhinə, bəlğəmgətirən, sidikqovucu, işlətmə zamanı, babasilə qarşı dərman kimi məşhurdur. Bu şirədən müntəzəm istifadə etsəniz dişlərinizi möhkəmləndirər və saçlarınızın tökülməsinin qarşısını ala bilər.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Əsgərov soğan şirəsinin faydalarından danışarkən deyib.
O qeyd edib ki, soğan şirəsi, həmçinin həzmi və iştahanı yaxşılaşdırır, gözlərin görmə qabiliyyətini artırır. Əgər böyrəkdə daş xəstəliyi varsa, bu zaman oradan qumun sorulmasına yardım edir. Bu şirə, eyni zamanda, möhkəm zökəm, arıqlama, başağrısı və çibanlara qarşı da dərman kimi məsləhət görülür.
Soğan çox faydalı tərəvəzdir. Lakin tək soğan deyil, onun qabıqları da çox faydalıdır.
Soğan qabığı insanın:
- immun sistemini möhkəmləndirir;
- iltihab əleyhinə və antiseptik təsirə malikdir;
- aterosklerozla mübarizə aparır;
- ürək əzələsinin və damarların tonusunu artırır;
- qan dövranını yaxşılaşdırır;
- qanda xolesterinin səviyyəsini azaldır;
- sidik və öd qovucu təsir edir;
- qadınlarda və kişilərdə sidik-cinsiyyət sistemi iltihabları, qadınlarda menstruasiya funksiyasının pozulması zamanı yaxşı təsir edir;
- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;
- yaraların, yanıqların daha tez sağalmasına kömək edir;
- xərçəng əleyhinə təsir edir və s.
Ələmdar Əsgərovun sözlərinə görə, soğan dəmləməsi təbabətdə geniş istifadə olunur. Dəmləməni hazırlamaq üçün xırda doğranmış 2 xörək qaşığı soğan qabıqlarının üzərinə 400 ml qaynar su əlavə olunur və 15 dəqiqə ərzində dəmdə qalır. Daha sonra dəmləmə soyudulur və süzülür.
Bu dəmləmə aşağıdakı hallarda uğurla istifadə oluna bilər:
- angina zamanı qarqara şəklində;
- bronxit zamanı (1 xörək qaşığı soğan qabıqları dəmləməsi + 1 xörək qaşığı bal isti südə əlavə olunur və axşam yatmazdan əvvəl içilir);
- soyuqdəymə zamanı (2 xörək qaşığı soğan qabığı dəmləməsinə 1 çay qaşığı bal əlavə olunur və gündə 3 dəfə qəbul olunur);
- yaz və payız avitaminozları zamanı (1 stəkan soğan qabığı dəmləməsi + 1/2 stəkan limon şirəsi qarışdırılır və gün ərzində 2 dəfə yeməkdən sonra 1/3 stəkan içilir). Müalicə kursu 21 gündür;
- damaqların iltihabları zamanı (Dəmləmə ilə gün ərzində 3 dəfə qarqara edilir);
Soğan qabığı digər xəstəliklər və pozulmalar zamanı da uğurla istifadə edilir. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1203   Tarix: 09 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

geyim necə seçməli gözəllik məhsulları yay kolleksiyasi geyim qaydaları faydalı qidalar estetik gözəllik stil dərsləri kosmetika ariqla efsaneler uşaq nece olur lakonizm salam