Yarpaq xingalı

Yarpaq xingalı(4-5 nəfərlik)

Ərzaqlar: Yarpaq xingalı

Xəmir üçün:

3 st un
1 yumurta
1 ç.q dolu duz
4/5 st su
Xəmiri yaymaq üçün 2-3 x.q əlavə un götürürük.

Üstü üçün:

500 q hazır qiymə (Qiyməni hazırlayanda soğanı çox olsun)
1 böyük kasa qatıq
2 diş sarımsaq (zövqə görə)

Hazırlanması:

Qiyməni hazırlamaq üçün bax. Qiymənin hazırlanması

Unu yumurtanı və duzu bir qaba töküb ilıq su ilə normal xəmir yoğururuq.

Yarpaq xingalıYarpaq xingalıXəmirdən 4 ədəd kündə düzəldirik.

Yarpaq xingalıAdi yuxadan bir az qalın yuxa yayırıq. Yuxanı romb şəklində kəsirik. Bu şəkildə bütün yuxaları yayıb kəsirik.

Yarpaq xingalıQatıq ilə əzilmiş sarımsağı qarışdırırıq.

Yarpaq xingalı4 litrlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (İstəsəniz yuxalarınız heç bir–birinə yapışmasın suya 1-2 x.q  yağ  tökə bilərsiniz). Bu yuxaları 2 dəfəyə töküb, bişiririk. Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Yuxalar 5-10 dəqiqəyə bişir. (Bu da sizin yuxanızın qalınlığından asılıdır) Hazır olan kimi aşsüzəndən süzürük.

Birinci dəfə süzdüyümüz suyu yenidən qazana töküb qaynadıb ikinci dəfəki yuxaları töküb bişirib süzürük.

Yarpaq xingalıBoşqablara sarımsaqlı qatıq töküb yayırıq.

Yarpaq xingalıSüzdüyümüz xəngəldən tökürük. Yenə üstünə sarımsaqlı qatıq töküb qiyməni əlavə edirik. Zövqə görə əlavə əridilmiş yağ da tökə bilərsiniz.

Yarpaq xingalıQeyd: Bu xəngəli qatıq əvəzinə bəzi bölgələr qurut ilə yeyirlər.

Nuş olsun!

Mətbəx     Baxılıb: 4306   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

turlar.az

qadin sayti yay kolleksiyasi qadin dunyasi aliment öhdəlikləri usaq masajlari yaz salatlari qara qaragat kosmetika toy gecesi damla əqrəb şəkərbura sac duzumleri