Yatağa çılpaq girirsə... - Kişinin şəxsiyyətini yatış formasından tanıyın

Yatağa çılpaq girirsə... - Kişinin şəxsiyyətini yatış formasından tanıyınSevgilinizin əsl şəxsiyyətinin yatış formasında gizləndiyini bilirsinizmi? Onu zövqlərindən tanımağa çalışmaq yerinə, gecə yatış formasına diqqət edin. Bir kişi yatış forması və yuxuda etdiyi hərəkətlərlə şəxsiyyəti haqqında mühüm məlumatlar verə bilər. Aile.lent.az həmin detalları təqdim edir.

Dağ qurursa: Yastıqları üst-üstə qoyub möhkəm sarılan və örtüyünü burnunun üstünə qədər çəkərək yatan kişi gizli batil inancları olan, tez həyəcanlanan, yanlış fikirli və gələcəklə bağlı qorxuları olan bir xarakterə malikdir. Çətin anlarında onun yanında olduğunu hiss etdirməniz, qorxularını paylaşmanız və onu qurduğu fəlakət ssenarilərindən uzaqlaşdırıb gerçək həyata döndərməniz bu kişini sizə daha çox bağlayacaq.

Ünsiyyətdən qaçırsa: Onu qucaqlamaq bir kənara, hətta barmaq uclarınızla bədəninə belə, dəyəndə yata bilmirsə, yatanda yatağın o biri küncünə doğru sıxışırsa, sizə arxasını çevirirsə, bunlar sizi sevmədiyi anlamına gəlmir. Onun sadəcə azad olduğunu bilməyə ehtiyacı var. Bu azadlığını sevən kişiyə zövqləri və hobbiləri üçün bir az daha çox yer və vaxt verin. Unutmayın, sizə qarşı şəfqət və sevgi dolu yanaşması üçün özünü qəfəsdə hiss etməməlidir.

Möhkəm qucaqlayırsa: Sizi möhkəm qucaqlamadan yuxuya gedə bilmir? Romantik səslənir. Ancaq uzun müddətdir evli olduğunuz halda hələ də sizi möhkəm qucaqlayaraq yatması üzərinizdə hökmranlığı ələ keçirmək istəməsi və yalnız ona aid olduğunuzu düşündüyü anlamına gələ bilər. Onun olmaq nə qədər xoşunuza gəlsə də, azadlığınızı tam ona qurban verməyin.

Gah sağa, gah sola dönürsə: Yatağı müharibə zonasına çevirən, yerində sakit durmayan kişilər əslində son dərəcə sakit, hüzurlu, səssiz tiplərdir. Enerjilərini gecəyə saxlayar, bütün hüzursuzluqlarını yuxuya təslim edərlər. Yatağa girərkən qorxu və narahtlıqlarını da bərabər gətirərlər. Əgər yatarkən dörd dönürsə, gecənin bir yarısı onu oyandırmaq yerinə, axşam yeməyində günün necə keçdiyini, canını sıxan bir şeylərin olub olmadığını soruşun, sizinlə dərdləşməsi üçün onu cəsarətləndirin.

Yatağa çılpaq girirsə: Qışın ən soyuq günlərində belə, yatağa çılpaq girən kişi bunu şüuraltı azadlıq və kişiliyinin bir əlaməti hesab edir. Özü və həyatı olduğu kimi qəbul edir. Tək qüsuru özünü çox bəyənməsidir. Dünyanın ancaq onun ətrafında dönmədiyini anlaması üçün onu çox əzizləməyin və bədənində aşkarladığınız qüsurları ara bir üzünə deməkdən utanmayın.

Maraqlı     Baxılıb: 6249   Tarix: 03 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri həkim məsləhəti bəxtiyar vahabzadə intim pozalar güllərin mənası parfümeriya kosmetika faydalı məsləhətlər birlik dolca saglam qidalanma şebnem tovuzlu