Yataqdakı partnyorunu bürcünə görə seç

Yataqdakı partnyorunu bürcünə görə seçMüxtəlif bürclərin bir-biri ilə uyğunluğu astroloqların ən çox müzakirə etdiyi mövzulardandır. Bu sahədə çalışan mütəxəssislərin fikrincə, xoşbəxt ailəyə sahib olmaq istəyən şəxslərin diqqət etməli olduğu əsas məsələlərdən biri də aid olduqları bürcün hansı bürclə uyğunlaşması məsələsidir. Çünki heç də bütün bürclər bir-biri ilə uyğunlaşmır və bu da ailədə sonradan xoşagəlməz problemlərin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, bu cür problemlərlə rastlaşmamaq üçün cütlüklərin evlilikdən öncə bürc uyğunluğu "yoxlamasından" keçmələri də lazımdır.

İndi isə görək hansı bürclərin bir-biri ilə seksual uyğunluğu daha çoxdur.

Əvvəlcə, qoç bürcündən başlayaq. Qoç olduqca həssas bürclərdən hesab edilir. Buna görə də bu bürc qarşısındakı insandan da eyni həssaslığı gözləyir. Cinsi münasibətdə isə qoçların qarşı tərəfdən gözlədiyi əsas nüanslardan biri yataqda onları bir işarədən anlamalarıdır. Qız və balıq bürcündən olanlar qoçlar üçün ideal həyat yoldaşı hesab edilirlər.

Əgər sizin tərəf müqabiliniz "buğa"dırsa, deməli, siz standartlarla yaşayan insanla birlikdəsiniz. Buğalar gündəlik həyatlarında standartla yaşamağı sevdikləri kimi onlar seks həyatlarında da standartlara bağlı olurlar. Yəni buğa bürcündən olan tərəf müqabilinizin yataqda çox hərəkətli olmasını gözləməyin. Əgər bunu arzu edirsinizsə, özünüz arzularınıza uyğun onu yönləndirmək məcburiyyətindəsiniz. Buğalar üçün ən ideal tərəf müqabili tərəzi bürcü altında doğulanlar hesab edilir.

Buğalar kimi əkizlər də coşqun cinsi həyatın tərəfdarı olmasalar da, bu bürc altında doğulan insanlar əsaslı və uzunmüddətli eşq yaşamağa üstünlük verirlər. Əqrəb və şir əkizlərin əsas uyğunlaşdığı bürclərdən hesab edilir.

Xərçəng bürcü altında doğulan insanlar isə cinsi həyatda monotonluqdan maksimum dərəcədə uzaq olmağa çalışırlar. Bu bürcə aid olanlar daim fantaziyalarını yeniləməyə can atırlar. Bu bürc altında doğulan insanlar cinsi həyatlarında monotonluğa az yer ayırırlar və onları əhatə edən seksual sferaya yenilik gətirməyə üstünlük verirlər. Balıq bürcü xərçənglər ideal tərəf müqabili hesab edilir.

Şirlər isə daim onları yataqda təəccübləndirən sevgili axtarışında olurlar. Şirlərə görə sekslə məşğul olmaq üçün məkan, zaman fıərqi yoxdur. Cinsi həyatda oğlaq və buğa onlar üçün ən mükəmməl seçimdir.

Tərəzilər bütovlükdə təşəbbüsü həvəslə ələ almağı bacaran partnyorlardır. Tərəf müqabili yataqda sönük insan olsa belə, onlar lazım olan zaman füsunkar seksi təşkil edə bilərlər. Tərəzilər üçün yataqda ən uyğun tərəf müqabili qız və xərçəng bürcləri hesab edilir.

Əqrəblər digərləri ilə müqayisədə seksual istəkləri daha qabarıq olan bürc hesab edilirlər. Amma əqrəblər üçün düzgün seçim etmək çox önəmlidir. Buna görə də bu bürc sahibləri hər onları sevənə şans vermirlər. Əqrəb üçün balıq və oğlaq ideal tərəf müqabilidir.

Oxatan - bu bürc altında doğulanlar istənilən bürc sahibini öz seksual cazibədarlığı altına salmaq gücündədirlər. Amma oxatanlar uzun müddət yalnız bir insanla münasibət yaratmaq tərəfdarı deyillər, çünki yataqda onları razı salmaq çox çətindi. Oxatanlar üçün qoçlar və əqrəblər ideal partnyor ola bilərlər.

Oğlaqlar üçün seksdə rəngarəngliyə can atmaq o qədər də maraqlı deyil. Onlar üçün normal, cədvələ uyğun davam edən münasibət ən arzuolunandır. Buna görə də seksdə müxtəlifliyə üstünlük verən insanlarla intim münasibət qurmaq onlar üçün çətin olur. Buğa və şir ilə cinsi münasibət yaşamaq onlar üçün olduqca maraqlıdır.

Dolçalar qeyri-standart cinsi əlaqəyə daha çox meyillidirlər. Onlar üçün maraqlı fantaziyaya malik, açıq-saçıq seks tərəfdarı olan tərəf müqabili daha arzuolunandır. Dolçalar üçün əkizlər və oxatanla münasibət qurmaq daha məsləhətlidir.

Balıqlar da həssas bürclərdən hesab edilirlər. Onlar sevdikləri insanı ən müxtəlif üsullarla təəccübləndirməyə çalışırlar. Sevgidə balıq və qoç bürcü ilə daha asan uyğunlaşırlar.

Maraqlı     Baxılıb: 4061   Tarix: 19 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

turlar.az

donlar 2026 geyim dəbləri geyim şəkilləri 2026 un geyimleri sağlamlıq haqqında tənəffüs orqanları elm haqqında atalar sözleri kosmetika hakista sozler azerb clpaq qadinlari sekisler uzeyir həsən bəy zərdabi