Yaxın zamanlarda "Tik-Tok" böyük yeniliyi təqdim edəcək - EKSPERT

Yaxın zamanlarda 2016-cı ildə Çinin internet texnologiyaları şirkəti "ByteDance"ın yaratdığı Tik-Tok platforması bu gün bütün dünyada məşhurdur. Bu, "Musical.ly" əsasında yaradılan sosial media tətbiqidir. Sosial şəbəkənin dünya miqyasında milyonlarla istifadəçisi var, burada bir çox tendensiyalar yaradılır və diktə olunur. İstifadəçi sayı bu günə kimi "Facebook", "YouTube" və ya "Twitter" kimi bazar nəhənglərindən aşağı olmasına baxmayaraq, "Tik-Tok" son illərin ən çox yüklənilən tətbiqlər siyahısına liderlik edir. Tətbiq bizə canlı yayım açmaqla yanaşı, video yaratmaq və paylaşmaq da imkanları təqdim edir.
Eyni zamanda "TikTok" "Instagram" kimi asılılıq yaradan bir şəbəkədir. İstifadəçilər 15, 30, 40 saniyəlik qısa kliplərə dəfələrlə baxır və araşdırmalar göstərir ki, bu, diqqətin azalmasına səbəb ola bilər. Narahatlıq yaradan odur ki, "Tik-Tok" auditoriyasının əhəmiyyətli bir hissəsi beyni hələ də inkişaf etməkdə olan uşaqlardır. Bəs "Tik-Tok"un uşaqlar arasında bu qədər məşhurlaşmasının səbəbləri nələrdir? 
Publika.az-ın suallarını cavablandıran Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov ilk növbədə qeyd edib ki, "Tik-Tok" hazırda yalnız uşaqlar və gənclər deyil, müxtəlif yaş qrupları arasında çox populyardır. Hətta Azərbaycanda yaşlı nəslin nümayəndələri digər rəqəmsal məhsullardan istifadə etməsə də, "Tik-Tok"da aktiv istifadəçidirlər. 
"Hər hansı bir məhsul yarananda, xüsusən də rəqəmsal yeniliklərdən söhbət gedirsə, bu ilk növbədə istehlakçı qrupların tələbatlarını ödəməlidir. İstənilən halda hər hansı bir istifadəçinin tələbatı var və hər hansı rəqəmsal məhsul bu tələbatı ödəyir. O cümlədən də "Tiktok".
Müasir trendlər hazırda yazı formasından video formasına keçidi nəzərə alır, odur ki, "Tik-Tok"un yaradılması trendlərə uyğundur. Bilirik ki, texnologiya inkişaf edir, internetin sürəti artıb, insanlar artıq rahat formada videoya baxa bilirlər. Videoya baxmaq oxumaqdan daha rahatdır, beyin üçün daha passiv formada müşahidə etməyə imkan verir. Bu da müəyyən psixoloji məqamlara aparıb çıxarır. İnsanların məlumatı daha sürətli şəkildə öyrənməyə və asudə vaxtlarında müəyyən videolara baxmaq üçün bir platformaya ehtiyacı var, "Tik-Tok" isə bu tələbatı ödəyir. İnsanlar müxtəlif yeniliklərə maraqlıdırlar, "Tik-toka"qoşulanda hansı istiqamət və mövzulara maraq göstərdiyiniz qeyd olunmalıdır. 
İkinci bir məsələ odur ki, müasir dünyada vaxt çox böyük bir kapitaldır və insan artıq uzun-uzadı videolara baxmaq istəmir. "YouTube"da 10-15 və daha çox vaxtı əhatə edən videolar yüklənilir. Problem odur ki, insanların bu videolara başdan sona qədər baxmağa hövsələsi çatmır. İndiki dövrdə rəqəmsal məhsul daha çoxdur, həm də insanın diqqətini tutmaq çətinləşib. Bu mənada "Tik-Tok" bu trendə də uyğun gəlir. 40-50 saniyəlik videolara insan tez baxıb istədiyini ala bilir. 
"Tik-Tok"un texnoloji quruluşu imkan verir ki, insan rahat formada növbəti videoya keçid edə bilsin. Tik-Tokun trendi tutması, insanların təlabatına uyğun olması digər rəqəmsal platformalarda da "Tik-Tok" tipli məhsulların yaradılmasına gətirib çıxarıb. "YouTube" və "Facebook" bu istiqamətdə barmaqla keçid edə biləcəyimiz qısamüddətli video və digər yeniliklər yaradılıb". 
Fərid Kazımov qeyd edib ki, "Tik-Toka" marağın böyük olmasının daha bir səbəbi odur ki, müxtəlif təlabatlara uyğun videolar tapmaq olar. 
"Musiqili kliplər, gülməli videolar və s. Bu tətbiq hələ inkişaf etməkdədir, onun son məhsulu növbəti mərhələdə olacaq. Ümid edirəm və əminəm ki, "Tik-Tok" yaxın vaxtlarda transformasiya edəcək, müəyyən bir hissəsi təhsil platforması olacaq, təhsil almaq istəyən insanlar qısamüddətli videolara baxıb biliklərini artıra biləcəklər. Müəyyən digər məsələlər olacaq və bu ekosistemdə bir neçə müxtəlif məhsullar inkişaf edəcək. Onlar insanlarla müxtəlif iteratsiyalar quraraq tələbatları öyrənir və bu tələbatlara uyğun olaraq öz kiçik məhsulaltı servislərini testdən keçirir.  Yəqin ki, yaxın zamanlarda biz "Tik-Tok"un yeni formatda çıxışını görəcəyik", - mütəxəssis qeyd edib.

Maraqlı     Baxılıb: 2455   Tarix: 02 iyun 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

turlar.az

kosmetoloq geyim və ayaqqabılar adlarin menasi vetenperverlik qadın döşü ordan burdan sizanaqlara qarsi vasite kosmetika qardasa aid haxistalar olumu burcler haqqinda tapmacalar toy gecesı