"Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır"
Mən Azərbaycandayam, evimdəyəm. Sadəcə, 3 həftə əvvəl qan təzyiqim qəfil yüksəlmişdi deyə, özümü yaxşı hiss etmirdim və həkim müalicəsinə ehtiyac yaranmışdı. Ətrafımda bu qədər həkim varkən xaricə niyə getməliyəm?
Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov kritik vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.
A.Maqsudov səhhətilə bağlı xaricə aparılması xəbərini təkzib edib:
"Qan təzyiqim qalxdı, həkim müalicə yazdı və evimdə müalicə alıram. Mənim səhhətimdə kritik vəziyyət yoxdur ki, xaricə aparılmağıma ehtiyac yaransın. Həm kritik vəziyyətdə olan biri xəstə yatağında olmalı və telefonla danışmamalıdır. Tamamilə yalnış məlumatdır. Qohum-qardaş hamısı bu məlumatdan nigaran olub. Hamıya demək istəyirəm ki, yaxşıyam, ölkəmdəyəm, heç bir problem yoxdur. Hamımız insanıq və səhhətimizdə müəyyən narahatlıq yaranması da mümkündür. Xahiş edirəm bu cür məlumatlar yayarkən diqqətli olsunlar".
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Şampun saç tökülməsinə səbəb ola bilər?
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Qəhvə buna da xeyir imiş
Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər
Zaur Kamalın kiçik oğlu - FOTO
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
Bu məşhurlar sərbəst buraxıldı