Yay aylarında qidadan zəhərlənməmək üçün 5 qayda

Yay aylarında qidadan zəhərlənməmək üçün 5 qaydaTürkiyədə Səhiyyə Nazirliyi yay aylarında artan qida zəhərlənmələrindən qorunmaq üçün qaydaları açıqlayıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, nazirlik rəsmiləri təmizliyə, bişmiş və çiy qidaların ayrılmasına, qidaların müvafiq temperaturda saxlanmasına, təhlükəsiz xammal və sudan istifadəyə diqqət yetirilməli olduğunu bildiriblər.
Havanın temperaturunun artmasının təsiri ilə yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlinir. Qusma, ishal, mədə ağrısı, hərarət və ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərən qida zəhərlənməsi isti hava şəraitində bakteriya və digər mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində baş verir. Çox vaxt bu hallar yüngül və qısa müddətli xarakter daşısa da, zəhərlənməyə səbəb olan bəzi qida faktorları bəzən xəstəliyin daha ağır gedişinə səbəb ola bilir.
Bildirilib ki, qida zəhərlənməsinin qarşısını almağın ən təsirli yolu qidaları düzgün hazırlamaq və saxlamaqdır. Bakteriyalar xəstə və ya daşıyıcı şəxs vasitəsilə qidaya keçə bilər və ya "çarpaz çirklənmə" adlanan proses baş verə bilər. Çarpaz çirklənmə əllər, qablar, yemək doğranan lövhələr, mətbəxdə istifadə olunan dəzgahlar, paltarlar və süngərlər, öskürək və asqırma zamanı ətrafa sıçrayan damcılar və bakteriya ilə çirklənmiş mayelərlə təmasda olan hər hansı səth nəticəsində qidaya keçə bilər.
Qida təhlükəsizliyini təmin etmək üçün beş qaydaya əməl edilməlidir: təmizlik, bişmiş və çiy qidaların ayrılması, düzgün bişirilməsi, qidaların müvafiq temperaturda saxlanması, təhlükəsiz xammal və sudan istifadə.
Bu çərçivədə şəxsi gigiyena ilə yanaşı, istifadə olunan alətlərin təmizlənməsi və dezinfeksiya edilməsinə diqqət yetirilməsi tələb olunur.
Çiy ət, quş əti və dəniz məhsullarını bişmiş məmulatlar və salatlar kimi digər çiy qidalardan ayırmaq, çiy qidaların hazırlanmasında ayrı bıçaq və kəsici taxtalardan istifadə etmək, hazır qidaları və çiy qidaları ayrı saxlamaq vacibdir.
Xarab olması baxımından potensial təhlükəli qidalar kimi qeyd olunan ət, süd və yumurta kimi məhsulların uyğun temperaturda və vaxtda bişirilməsinin vacibliyi vurğulanır.
Xəstəlik törədən mikroorqanizmlərin çoxalmasının qarşısını almaq üçün qidaların uyğun mühit, vaxt və temperaturda saxlanması vacibdir. Qidaların hazırlanmasında təmiz sudan istifadə edilməli, təzə və sağlam qidalar etibarlı mənbələrdən seçilməlidir. Pasterizə edilmiş və sterilizə olunmuş südə üstünlük verilməlidir.
Qidaların hazırlanması və istehlakı zamanı sağlamlığı qorumaq üçün bütün təzə meyvə və tərəvəzləri bol suda yaxşıca yumaq tövsiyə olunur.
Ət, süd və toyuq əti kimi potensial riskli, çiy qidalara toxunduqdan sonra əlləri yaxşıca yumaq lazımdır. Ət və balıq, xüsusilə çiy toyuq ilə təmasda olan bütün səthləri və avadanlıqları da hər istifadədən sonra qaynar su ilə yuyaraq dezinfeksiya etmək vacibdir.
Ət məhsulları və yumurta soyuducudan kənarda maksimum 2 saat saxlana bilər. Soyuducudan kənarda 2 saatdan çox qalan bu cür qidalar potensial risk daşıyırlar. Onları yemək çox təhlükəlidir.
Dondurulmuş qidaların soyuducu temperaturunda, orijinal qablaşdırmada soyuq axar suyun altında və ya mikrodalğalı sobalarda əridilməsi, əridikdən sonra yenidən dondurulmaması və qurudulmuş ət məhsullarının soyuducuda örtülü saxlanması tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1211   Tarix: 29 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim dəbləri qadın geyimi donlar 2026 gündəlik bürclər yay donları abqoranin hazirlanmasi qarabasaq kotleti kosmetika haxisda qiz evi ucun maya maskasi naz mila terezi