Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazır

Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırYazda mövsümü depresiya baş verə bilər. Necə öhdəsindən gələ bilərik?
Mövsümi affektiv pozuntu kimi tanınan mövsümi depresiya, fəsillər dəyişdikcə gələb-gedən simptomları özündə birləşdirir.
Cox zaman mövsümi depresiyanın simptomları payız və qışda başlayır və yaz fəslində yaxşılaşır, lakin həmişə belə olmur. Əksinə yazda başlayan əhval dəyişikliyini  və bunun yaya qədər davam etdiyini görmək olar.Bəzi insanlar buna əks mövsümi effektiv pozuntu adlandırır.
Mütəxəsislər qış mövsümü depresiyasının günəş işığının olmaması ilə əlaqələndirdiklərinə görə, yazda baş veren mövsümi depresiyanın nədən qaynaqlandığını düşünə bilərik. Axı günlər uzanır, çiçəklər açır və bol günəş var.
Hansı əlamətləri var?
Bahar depresiyasının əlamətləri  ümumi depresiya əlamətlərinin çoxunu əhatə edir. Təbii ki, simptomlar hər fərd üçün fərdidir.
Qış günləri uzandıqca və yaz  yaxınlaşdıqca diqqətimizi aşağıdakı əlamətlər çəkə bilər:
Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırdavamlı kədər və ümüdsizlik hisslərini də əhatə edən əhval-ruhiyyənin aşağı olması
adı fəaliyyətinizə marağın azalması və ya itməsi
müntəzəm gündəlik işiniz üçün motivasiyanın itməsi
enerjidə dəyişikliklər, o cümlədən narahatlıq
yuxusuzluq və digər yuxu problemləri
diqqəti cəmləmək və yadda saxlamaqda çətinlik
iştah və çəki itkisi
qeyri-adı həyəcan və ya qıcıqlanma
qəzəb və ya təzavüz hissləri
ölüm və ya intihar düşüncələri
Siz bəzən beyninizdə dumanlılıq və narahatlıq hiss edəcəksiniz. Səbəbini dəqiq başa düşmədən sadəcəolaraq kədərli, ümidsiz hiss edə bilərsiz.
Bəzi insanlar üçün bahar depresiyası aqressiv və ya zorakı davranışın xarakterik olmayan epizodlarını da əhatə edə bilər. Buna görə də tətikləyici olmadan daxilinizdə qeyri-adi qəzəbi görə bilərsiz.
Niyə belə olur?
Yaz depresiyası qış depresiyasından daha az rast gəlinir və mütəxəssislər bunun nədən qaynaqlandığını dəqiq bilmirlər. Bir neçə potensial nəzəriyyə daxildir:
Artan gün işığı  və istilik
İstiliyi yaxşı idarə etmirsinizsə, daha isti günlər, xüsusən gündüz saatlarının çoxunu əhatə etdikdə narahatləq gətirə bilər. Həddindən artiq parlaqləq və istilik sizihəvəssiz hiss etdirə bilər. Narahatlıq və əsəbiliyin artmasına səbəb ola bilər.
Günəş işığının artması sirkadiyalı ritmləri də poza bilər və tipik yuxu-oyanma dövrünüzü poza bilər. Bu da optimal sağlamlıq və rifah üçün lazım olan yuxu miqdarını əldə etməyi çətinləşdirir.
Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırBaşqa sözlə desək, parlaq, günəşli günlərbeyninizi yüksək həyəcan vəziyyətinə getirə bilər ki, bu da dincəlmək istədikdə dincəlməyi çətinləşdirir.
Bir çox insanlar yuxu vərdişlərindəki dəyişiklikləri depresiyanın əlaməti kimi görürlər. Lakin yadda saxlamaq lazımdır ki, yuxusuzluq, müntəzəm olaraq kifayət qədər yuxu almadığınız bir vəziyyət də ola bilər.
Beynin kimyəvi maddələrində balansızlıq
Beynimiz əhval-ruhuyyəni, emosiyaları və digər vacib prosesləri tənzimləməyə kömək edən bir sıra müxtəlif neyrotransmitterlər və ya kimyəvi maddələr göndərir.
Lakin onların çox və ya az olması tipik funksiyanı poza bilər və əhval-ruhiyyə və psixi sağlamlıq əlamətlərinin inkişafında rol oynaya bilər.
Mütəxəssislər hesab edirlər ki, qış depresiyası qismən təbii işığa məruz qaldıqdan sonra istehsal olunan bir kimyəvi maddə olan serotoninin azalması ilə əlaqəlidir. Qış depresiyasıilə əlaqəli başqa bir hormon olan melotoninin artmas ısizi həmişəkindən daha yorğun və yuxulu hiss etdirə bilər.
Yaz depresiyasınin səbəbinin bunun əksi olacağı düşünülür:
*Günəş işığının qəfil artması daha az melotoninin istehsal edilməsinə səbəb olur, buna görə də ehtiyacımızdan daha az yatırıq. Yuxarıda qeyd edildiyi kimi, bu yuxu çatışmazlığı depresiyaya kömək edə və ya daha da pisləşdirə bilər.
*Eyni zamanda daha uzun günlərin və günəşli havanın təbii nəticəsi olaraq vücudumuzdakı serotoninin sıviyyəsi artır. Az serotonin depresiya ilə əlaqəli olsa da, həddindən artıq olduqda sosial həyəcan pozulması da daxil olmaqla psixi sağlamlıq problemlərinə səbəb olur.
Əgər siz bu dəyişikliklərə xüsusilə həssassinizsa serotonin artıqlığı (yuxunu ağlığından danışmırıq) potensial olaraq aşağı əhval- ruhiyyə ilə yanaşı əsəbilik və narahatlıq hisslərinə kömək edə bilər.
Bununla belə yaz depresiyasına neyin səbəb olduğu hələ də tam belli deyil.
Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırPolen həssaslığı
Mövsümi allergiyanız varmı? Çiçək tozcuklarına qarşı həssaslıq sizi yorğun və bədbəxt hiss etməkdən əlavə, depresiya hissləri də daxil olmaqla əhvalınızdakı dəyişikliklərə səbəb ola bilər.
Digər potensial risk faktorları
Bir neçə risk faktoru mövsümi depresiya yaşama şansınızı artıra bilər, həmçinin:
Cinsiyyət: Qadınlar arasında daha çox yayılmışdır, lakin kişilədə daha ağır simptomlar olur.
Ailə hekayəsi: Yaxın ailə üzvlərinin yaz və ya qış depresiyasının olması, sizdə də bunun olma şansını artırır.
Əvvəllər bipolyar pozğunluğunun olması: Bipolyar pozulmanın olması mövsümi dəyişikliklərlə baş verən sirkadiyalı ritm pozuntularına qarşı həssaslığınızı artıra bilər.
İş cədvəlinizdə dəyişikliklər: Fəsillərlə dəyişən və yaz və yay aylarında sizi daha az aktiv edən  bir işiniz varsa, bunun nəticəsində yaranan stress əhvalınızda, yuxunuzda və ümumi emosional sağlamlığınızda  dəyişikliklərə səbəb ola bilər.
Coğrafi yer: Daha isti və daha rütubətli bir iqlimdə yaşamaq yaz və yay depresiyasının əlamətlərində rol oynaya bilər.
Necə öhdəsindən gəlmək olar?
Yaz depresiyasından qurtarmaq üçün soyuq ayların geri dönməsini gözləmək lazım deyil. Aşağıdakı strategiyalar simptomları yüngülləşdirməyə və ümumi əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər:
Yuxu rejiminə əməl edin. Yuxunun olmaması yaz depresiyasının simptomlarına böyük təsir göstərə bilər. Hər gün eyni vaxtda yatıb-qalxmağa çalışın.
Sərinliyinizi qoruyun. İstiliyə qarşı həssaslığın yaz depresiyasına kömək etdiyi barədə qəti sübut olmasa da, çox vaxt yüksək temperaturun əhvalımızı pozdığını müşahidə edirik. Yuuxunuzu yaxşılaşdırmaq üçün ventilyatorlar, qalın pərdələr və havanı yaxşı keçirən pambıq yaraq dəstləri ilə sərin yatmağınızi təmin edin.
Fiziki fəaliyyətə vaxt ayırın: Müntəzəm məşq təkcə stressi aradan qaldırmağa və depresiyanı , narahatlıq əlamətlərini yüngülləşdirməyə kömək etmir, həm də yaxşı yuxuya səbəb olur.
Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırMeditasiya, sosial fəaliyyətlərlə məşğul olun: Həm meditasiya, həm də sosial fəaliyyətlər sizə arzuolunmaz duyğuları, o cümlədən depresiya hisslərini müəyyən edib qəbul etməyə kömək edə bilər.
Yaxınlarınızla danışın: Sizə yaxın olan insanlarla yaşadıqlarınızı paylaşmaq  onların qayğısı ilə əhatə olunmağınıza , həm də sizə destək olmalarına səbəb olacaq.
Rutuninizə sadiq qalın: Yazda dəyişın iş və ya məktəb cədvəli sizi yuxulu, həvəssiz hiss etdirə bilər. Ev işləri, yeni bacarıqların öyrənilməsi və əyləncə ilə iş rejiminizi tarazlaşdırmaq sizə kömək edə bilər.
Balaslaşdırılmış pəhriz: Bahar depresiyasında iştahsızlıq müşahidə olunur. Yemək istəməyə bilərsiz, lakin düzgün qidalanmamaq sizi konsentrasiya pozulmasına və məhsuldarlığınızın aşağı düşməsinə səbəb olacaq. Bol su için.
Müalicə
Digər bütün depresiyalar kimi yaz depresiyaları da  mütəxəssis dəstəyi olmadan yaxşılaşa bilməz. Mübarizə strategiyaları kömək edə bilər, lakin onlar həmişə uzunmüddətli rahatlama gətirməyəcək.
Aşağıdakı hallarda peşəkar dəstəyinə müraciət etmək lazımdır:
*depresiya hissləri və ya digər mövsümi əhval dəyişiklikləri 2 həftədən artıq davam edərsə
*simptomlar gündəlik həyatınıza  və münasibətlərinizə təsir etməyə başlayırsa
*özünüzə zərər vermək və ya intihar etmək düşüncələriniz varsa
*qəzəb,narahatlıq və kədər kimi emosiyaları təkbaşına tənzimləməkdə şıtinlik  çəkirsinizsə
*sinptomlarınız zamanla daha da pisləşirsə
Depresiyanı müalicə etmək üçün  ilk metod Davranış terapiyasıdır. Əgər davraniş terapiyası kömək etməzsə , o zaman antidepressantlardan istifadə edilir.
Yazda qəmə, qüssəyə qərq olsanız, nə etməli? - Həkim yazırÖnəmli
Yaz depresiyası il boyu davam edə bilməz, lakin yenə də ümumi sağlamlığınıza,həyat keyfiyyətinizə uzunmüddətli təsir göstərə bilər.
Fəsillərin dəyişməsini dayandıra bilməsəniz də, faydalı mübarizə strategiyalarından istifadə etməklə yaz depresiyalarından xilas olmaq üçün addımlar ata bilərsiz.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1149   Tarix: 19 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir. xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər

.

Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz

Qış mövsümündə yaz fəslinə keçid həm bədən, həm də ruh sağlamlığı üçün həssas dövr sayılır. Havanın soyuq və rütubətli olması, günəş işığının azlığı və qış xəstəliklərinin hələ tam keçməməsi insan orqanizmi üçün əlavə diqqə

.

Faydasızdır, həm də ZİYANLI

Hemoroidin xalq təbabəti ilə müalicəsi faydadan daha çox zərər verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə proktoloq Aleksey Vinnikov deyib. O, özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

turlar.az

maskalar makiyaj instagram qis geyimləri 2026 ayaqqabı modelləri şirniyyatlar neyrosirkulyator distoniya zeytunun hazirlanmasi kosmetika bedii edebiyyat efsane efsaneler oyunlar xocali