Yazın "superqida"sı: süfrənizdən əskik etməyin
Yaz fəslində təbiət yenilənir və orqanizm üçün vacib olan təbii vitamin mənbələri - meyvə və tərəvəzlər süfrələrimizdə yer alır. Mütəxəssislər bildirirlər ki, yaz aylarında bədənin vitamin və mineral balansını qorumaq üçün təzə məhsulların istehlakı vacibdir.
Bəs yaz fəslində ən faydalı meyvə və tərəvəzlər hansılardır?
Milli.Az xəbər verir ki, yazın ən faydalı meyvə və tərəvəzi aşağıdakılardır:
Ən faydalı meyvələr:
1. Çiyələk - Güclü antioksidant mənbəyi olub, immun sistemini gücləndirir və dərini cavan saxlayır.
2. Ərik - Beta-karotinlə zəngindir, göz sağlamlığını qoruyur və həzmi yaxşılaşdırır.
3. Alça - C vitamini ilə zəngindir, orqanizmi toksinlərdən təmizləməyə kömək edir.
4. Gilas - Qan dövranını yaxşılaşdırır, yuxu keyfiyyətini artırır və sinir sistemini sakitləşdirir.
Ən faydalı tərəvəzlər:
1. Kəvər (şüyüd, cəfəri, keşniş) - Vitamin və minerallarla zəngin olub, orqanizmi toksinlərdən təmizləyir.
2. Turp - Həzmi yaxşılaşdırır, öd və qaraciyər üçün faydalıdır.
3. İspanaq - Dəmir və fol turşusu ilə zəngindir, qanazlığının qarşısını alır.
4. Kələm - Lif və C vitamini ilə zəngindir, immun sistemini gücləndirir.
Mütəxəssislər yaz aylarında təzə meyvə və tərəvəzləri qidalanma rasionuna daxil etməyi tövsiyə edirlər. Bu məhsullar immuniteti gücləndirir, bədəni toksinlərdən təmizləyir və enerjini artırır. /BAKU.WS
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Sezen Aksu sevənlərə pis xəbər
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır