Yeni il süfrəsində yeyib-içərkən... - Xəbərdarlıq
Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çəkir.
Milli.Az xəbər verir ki, dietoloq Yevgeni Arzamasçev xəbərdarlıq edib.
"Bayram günlərində insanlar ard-arda çoxlu zərərli qidalar yeyir, içki məclislərində olur, orqanizm çox yüklənir. Nəticədə mövcud olan qastrit, kolit və pankreatit kimi xəstəliklər kəskinləşir, xoralar dərinləşir.
Qeyri-sağlam qida həm həzm, həm immun sisteminin işini pozur. Eləcə də, ən həssas vəzlər olan mədəaltı vəz və qalxanvari vəzin işi azalır. Belə qidalanma sürətli kökəlmə, qaraciyərin piylənməsi, eləcə də mədəaltı vəzin iltihabına səbəb olur.
Pankreatitin simptomları:
- Qarında ağrı - daha çox kürəyə, qarının sol tərəfinə vurur;
- Ürəkbulanma, qusma- xüsusən yemək yedikdən sonra;
- İştahın azalması
- Arıqlama
- İshal
- Sarılıq - gözlər, dəri, ovuclar
- Zəiflik, yorğunluq
Ümumiyyətlə, Yeni ildən sonra xroniki xəstələr qastroenteroloq müayinəsindən keçsinlər", - o bildirib. (medicina.az)
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Sezen Aksu sevənlərə pis xəbər
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır