Yeni işə gedənlərə bir neçə tövsiyə

Yeni işə gedənlərə bir neçə tövsiyəBazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi və s.
Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz? Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik.
Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: "Heç kəsə baş qoşma!"; "Qeybət eləmə!"; "Gəzən şayiələrə qulaq vermə!"; "Başını aşağı sal və işinlə məşğul ol!" və s.  Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:
1) Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri (şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.
2) Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın.
3) Yeni iş yerində geyiminizə də, xüsusilə, diqqət yetirin. Belə ki, ilk gün işə fərqli, qeyri-adi libasda getməyin. Ən münasibi neytral, gündəlik geyim tərzidir. Növbəti günlərdə kolleqalarınızın geyim tərzini müşahidə etməklə, özünüzə və şirkətə uyğun geyim tərzi seçib istifadə edə bilərsiniz.
4) İlk günlərdə hamı ilə yaxşı münasibət qurmağa çalışın. Xüsusilə də,katibə ilə olan əlverişli münasibət gələcək günlərdə sizin üçün faydalı ola bilər. İş yerindəki dava və konfliktlərə qarşı münasibətsiz olun. Tədqiqatçı olun. Kimin kiminlə və necə münasibətdə olduğunu analiz edin.
5) Dahi avstraliya psixoloqu Allan Piz işgüzar münasibətlərdə həmişə formal ünsiyyəti önə çəkir. Siz də nahar fasiləsi zamanı kolleqalarınızla qeyri-rəsmi münasibətə girməyin. Evdə olub-bitənlərdən danışmaqdansa, məzuniyyəti harada keçirmək istədiyinizdən söhbət açın və yaxud da işlə bağlı bəzi suallar ünvanlayın. Bir müddət keçdikdən, iş yoldaşlarınızı yaxşı tanıdıqdan sonra, kimə ürəyinizi açıb-açmayacağınızı özünüz, adekvat olaraq, müəyyənləşdirə biləcəksiniz.
Hamınıza iş həyatınızda müvəffəqiyyətlər...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1241   Tarix: 19 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan