Yeni mahnısını təqdim edən Hadisə: Bu musiqini ilk dəfə eşidəndə
Son zamanlar şəxsi həyatında yaşadığı problemlərlə gündəmdən düşməyən müğənni Hadisə cümə günü yayımlanacaq "Feryat" adlı mahnısının hekayəsini danışıb.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, mahnıları və sosial media hesabları ilə yanaşı şəxsi həyatı ilə gündəmə gələn Hadisə iş adamı Mehmet Dinçerlərlə evlənsə də, evlilikləri 5 ay davam edib.
Bir müddətdir həyatında heç kim olmayan Hadisə cümə günü yeni mahnısı "Fəryat"ı tamaşaçılara təqdim edəcək.
14,4 milyon izləyicisi olan İnstaqram hesabında yeni mahnısının tanıtımını yayımlayan Hadisə bunları yazıb:
"Bu mahnıya qədər mənimki dinləyənin anlamadığı, anlayacaq olanın duymadığı səssiz bir fəryad idi. Neçə dəfə inanmışam, neçə dəfə yanılmışam. Ölmək istəyirdim. Ürəyimi qoparmaq istəyirdim. Hər dəfə sahilə vurmaqdan yorulub, qışqırıb ağlamaq istəyirdim. Bu mahnını ilk dəfə eşidəndə istədim ki, bu musiqi mənim və səssiz qışqırıqları olan hər kəsin yüksək səsi olsun", - deyə müğənni bu fikirləri yazıb.
Gülay









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir