"Yeni ştamın araşdırılmasından sonra..."

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası əhalinin sayına görə yüksəkdir. COVID-19-un yeni aşkarlanan "omikron" ştamı hələ kifayət qədər öyrənilməyib, onun hansı fəsadlar törədə biləcəyi müəyyən deyil. Əslində, bir sıra ölkələrdə sərhədlərin bağlanmasının səbəbi də yeni ştamın ölkədə yayılmasını gecikdirməkdir, çünki müəyyən vaxtdan sonra ştam haqqında bəzi məlumatar toplanır, xəstəliyin kliniki gedişi aydın olur. Azərbaycanda hazırda təxminən 25 min aktiv koronavirus xəstəsi var, lakin çarpayı sayı kifayətdir, yəni xəstəxanalarda yüklənmə yoxdur. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məsləhətlərini dinləmək və onlara əməl etmək lazımdır. Yoluxmadan qorunmaq üçün sosial məsafə saxlamaq, şəxsi gigiyenaya diqqət yetirmək və qoruyucu vasitələrdən istifadə etmək vacibdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim Bəylər İmanov deyib.
Həkim-mütəxəssis bildirib ki, koronavirusun "omikron" ştamına qarşı mübarizə vasitələri qəbul edilmiş sanitar-gigiyena qaydalarıdır: "Yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan "omikron" ştamında onlarla mutasiya birləşib. Virus tam müalicə olunmayan xəstələrin orqanizmində uzun müddət qalıb və qəfildən bir neçə mutasiya eyni vaxtda baş verib. Nəticədə, virus müalicəyə və profilaktik qaydalara öyrəşdiyi üçün bütün xüsusiyyətlərini dəyişərək "omikron" ştamı səviyyəsinə çatıb. Hazırda dəqiq araşdırma işi gedir, müəyyənləşdirmə aparılır. Onu da qeyd edim ki, "omikron" ştamının müvafiq proteinində koronavirusa qarşı yaranan anticisimlərin birləşərək virusa qalib gəldiyi hissədə də 10-a yaxın mutasiya aşkar edilib. Ona görə də biz daha çox diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Vətəndaşlar vaksinasiyanın əhəmiyyətini unutmamalıdırlar. Həmçinin "buster" dozanın vurulması da vacibdir. Yeni ştamın araşdırılmasından sonra vaksinlərə bir daha baxılacaq. Bəzi istehsalçı şirkətlər vaksin preparatlarının yeni ştama uyğun hazırlanacağını deyiblər. Vətəndaşlar gigiyenik qaydalara əməl edərək və peyvənd olunaraq özlərinə və yaxınlarını qoruya bilərlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 06 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari cavanlaşdırıcı maskalar seksual fotolar feyxoanin faydalari mayalanma kosmetika dostluq vətən həsrətinə aid bayatılar sperma bayatılar novruz bayramina aid hakisdalar