Yeni ştamlardan sığortalanmağın yeganə yolu budur

Yeni ştamlardan sığortalanmağın yeganə yolu budur"Yeni ştamlar koronavirusun təzə növü hesab olunur. Bu ştamlar onqat sürətlə yayılır. Öldürücü təsirə malikdir. Bu ştamlar ilk dəfə özünü İndoneziyada göstərib. Amerikanın bir çox şimal-şərq əyalətlərində yayılıb. Britaniya, Niderland, Avstraliya və bu kimi bir çox ölkələrdə, hətta bu yaxınlarda qonşu İranda da sözügedən virusa yoluxanlara rast gəlinib, bir neçə nəfərin ölümünə də səbəb olub".
Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında həkim-terapevt Məlahət İsayeva deyib. Onun sözlərinə görə, bu virus mutasiyaya uğradıqca daha çox yayılmağa başlayır:
"Bəzi alimlər hesab edirlər ki, mutasiyaya uğramış virus daha yoluxucudur, amma bir o qədər təhlükəli deyil. Alimlərin fikrincə, bu virus Rusiyaya və digər ölkələrə gəlib çatarsa, bir o qədər öldürücü olmayacaq. Çünki həmin ölkələrdə pandemiya o qədər yüksək səviyyəyə çatıb ki, yeni gələn ştamları köhnə virus sıxışdırıb aradan çıxaracaq. Məhz buna görə də alimlər bu virusların bir o qədər qorxulu olmadığını söyləyirlər. Onlar insanları vaksinasiyaya dəvət edirlər. Deyirlər ki, əgər insanlar vaksinasiya olunarlarsa, bu, yeni gələn ştamları da məhv edəcək. Mən də bu fikirdəyəm. Bir həkim-terapevt, 6 ay koronaviruslu xəstələri müalicə edən şəxs kimi insanları vaksinasiyaya çağırıram".
Həkim hesab edir ki, özümüzü və yaxınlarımızı qorumaq üçün mütləq vaksinasiya olunmalıyıq: "İnsanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Burada qorxulu heç nə yoxdur. Mən özüm də vaksin vurdurmuşam. Bizim tibb müəssisəsində həkimlər vaksinasiyadan keçiblər. Mənə çoxsaylı zənglər gəlir, deyirlər ki, vaksinasiyadan keçmək istəyirik. Bəzi insanlar bu məsələyə biganə yanaşsalar da, bir hissəsi fəaldır. Tez bir zamanda yeni ştamlar haqqında məlumat toplayıblar və bu da onlarda qorxu yaradıb. Ümid edirəm ki, insanlar könüllü şəkildə vaksin vurdurmaq üçün səhiyyə ocaqlarına axın edəcəklər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1479   Tarix: 04 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri aksessuarlar kosmetika mehsullari soyuqdəymə dondurma magura geyim goz altı qırışlar kosmetika bayatilar novruz hakışdaları səməd vurğun baldiza aid hakisda tərəzi bürcü