Yenicə ana olan xanımlara sadə gözəllik TÖVSİYƏLƏRİ

Yenicə ana olan xanımlara sadə gözəllik TÖVSİYƏLƏRİBu gərgin həyatın içərisində özünüzə ayıracağınız qısa zamanda daha baxımlı və gözəl görünə bilərsiniz.

Milli.Az Ailem.az-a istinadən bildirir ki, xüsusən də yenicə övlad dünyaya gətirən bir ana körpəsinə, bədənindəki və həyatındakı dəyişikliyə uyğunlaşana kimi özünü unudur. Sonra isə vaxt çatışmazlığı problemi yaşanır. Uşaq yedizdirilməli, yatızdırılmalı, öyrədilməli, ağlayınca susdurulmalı, xəstələnincə qulluq edilməli...Saysaq, siyahı uzanıb gedəcək. Ardınca evin işi, yemək, ütü, paltar yumaq, təmizlik işləri deyərək qarşımıza saçları necə gəldi yığılmış, gözləri yuxusuzluqdan şişmiş, köynək və pijama ilə günlərini keçirən bir qadın çıxar. İstər işləyin, istərsə də evdə uşağınıza baxın, bu qaçaqaç hər kəs üçün eynidir. Bu baxımsızlıq isə qadının həyat yoldaşından əvvəl özünü narahat edir. Çünki baxımsızlıq onda özgüvəni azaltmış olur. Ancaq təqdim edilən bu məsləhətlərə əməl etməklə daha baxımlı və gözəl görünə bilərsiniz.

Saçlarınızın kəsiminə diqqət edin

Saçlarınızı daranmadığı halda, hətta yataqdan qalxarkən qəşəng görünə biləcək bir modeldə kəsdirin. Forma verməyə gərək duyulmayan, darıxdırıcı olmayan bir saç modelinə üstünlük verin.

Yaxşı gözaltı istifadə edin

Yorğunluqdan şişən gözaltlarındakı halqaları, üzünüzdəki yorğun ifadəni gizlədə biləcək bir tonallaşdırıcı əladır. Dəri rənginizdən bir, ya iki ton açıq bir tonallaşdırıcı ilə gözlərinizə canlılıq qazandıra bilərsiniz.

Tuj sürtün

Kirpiklərinizi uzadıb, dolğunlaşdıracaq bir tuj istifadə edin. Əgər büdcənizə uyğundursa, qoyma kirpiklərdən də istifadə edə bilərsiniz.

Dodaqları unutmayın

Yalnızca bir dodaq parıldadıcısı ilə çox əziyyət çəkmədən gözəlləşə bilərsiniz. Evdə, maşında, çantada hər yerdə üzərinizdə bir dodaq parıldadıcısı olsun.

Qırmızı gözlərə qarşı ən yaxşı həll

Yuxusuzluğun ən yaxşı dərmanı makiyaj etməkdir. Əgər gözləriniz qızarıbsa, gözlərinizin içinə dəri rəngində bir göz qələmi sürtün. Qırmızılarını belə örtə bilərsiniz.

"Manikür? O nədir?" deməyin

Rəngli dırnaq boyası istifadə etmirsinizsə, ağ şəffaf dırnaq boyası sürtə bilərsiniz.

Xarici gözəllik daxildən başlayır

Su için. Bol-bol su içərək həm özünüzü yaxşı hiss edəcək həm də dəriniz işıltı qazanacaq.

Hər ananın dostu: günəş eynəkləri

Bəzən bütün bunları etməyə vaxtınız olmaya bilər. Bu hallarda iri qara çərçivəli bir eynək yorğunluğunuzu gizlədəcək. Şık görünə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 3559   Tarix: 22 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

turlar.az

adlarin menasi kosmetika mehsullari reseptler atalar sozleri ve meseller qohum evlilik qargidali yaginin faydalari əqrəb bürcü kosmetika sirniyatlar nagillar bürclər paxlava vətənə aid atalar sözləri