Yerdə həyat təhlükədədir - Son tarix açıqlandı

Yerdə həyat təhlükədədir - Son tarix açıqlandıOksford Universiteti tərəfindən nəşr olunan və 15 min alimin araşdırmasına əsaslanan araşdırma dərc edilib.
Milli.Az bildirir ki, bu araşdırmaya görə, Yer kürəsi sürətlə yaşamaq üçün yararsız hala düşür və hazırda Yerdəki həyat təhlükə altındadır.
2023-cü ildə qlobal hava istiliyi, okean temperaturu və Antarktika dəniz buzlarının əriməsi də daxil olmaqla bir çox iqlim rekordları qırılıb.
Tarixi məlumatlara görə, planetin hər 100 ildən bir gördüyü ən yüksək aylıq səth temperaturu iyul ayında qeydə alınıb.
Ekspertlər vurğulayırlar ki, Yer kürəsinin sağ qalması üçün "dayanıqlı gələcək proqramına sürətli və ədalətli keçid" lazımdır.
Araşdırma hesabatına görə, tədbir görülməsə, Yer kürəsində həyatın ən geci 2100-cü ilə qədər sona çata biləcəyi xəbərdarlığı edilir.
Dr. Kristofer Vulfun fikrincə, 2100-cü ilə qədər 3-6 milyard insan Yer kürəsinin yaşayış zonalarından kənarda qala bilər. Bu o deməkdir ki, onlar həddindən artıq isti hava, məhdud qida və yüksək ölüm nisbətləri kimi problemlərlə üzləşəcəklər.
Mütəxəssislər bildiriblər ki, dünyada baş verən pis tendensiyanın qarşısını almaq üçün təcili olaraq aşağıdakı tədbirlər görülməlidir:
1.Qlobal iqtisadiyyat həddindən artıq istehlakı və yüksək emissiyaları azaltmaq üçün keçməlidir.
2.Könüllü ailə planlaması yolu ilə doğuş göstəriciləri aşağı salınmalıdır.
3.Gender ədalətini təmin etməklə qadınların təhsil hüququ dəstəklənməli və insan əhalisi sabitləşdirilməlidir.
4.İstixana qazı emissiyalarını azaltmaq üçün heyvan populyasiyasına nəzarət edilməlidir.
5.Qalıq yanacaq subsidiyaları mərhələli şəkildə dayandırılmalıdır.
6.Meşələrin mühafizəsi vacib hesab edilməlidir.
7.Zəngin ölkələr bitki əsaslı qidalanmaya keçməlidir.
8.Yeni kömür layihələri dayandırılmalıdır.

Milli.Az

Xəbərlər     Baxılıb: 1762   Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər. xarici mətbuata istinadla xəbər verir ki

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

turlar.az

donlar 2026 toy gecesi toy makiyajlari dolça bürcü şalvar modelləri gavalinin faydasi duxovkada toyuq qizartmasi kosmetika oglaq məsəllər efsane novruz bayramına aid bakışta gözellik