Yerişin dəyişilməsi
İnsanın yerişi onun aşağı ətraflarının quruluşundan, dabanından asılıdır. Amma insan yaşlandıqca onun səhhətində baş verən dəyişikliklər, sümük sistemində və onurğada baş verən patologiyalar onun yerişinin dəyişilməsinə səbəb olur. Yerişdə dəyişilmələrin olması psixoloji problemlərlə də əlaqədar ola bilir. Yürümək bizim fizionomiyamızda avtomotikləşmiş bir funksiyanı idarə edir. Lakin bəzən yerimədə də patologiyalar səbəbli pozulmalar baş verə bilir.
40-50 yaşdan sonra insanların bir çoxunda yürümə pozğunluqları özünü göstərir. Buna aşağıdakı xəstəliklər səbəb ola bilir:
- osteoxondroz
- radikulit
- ayaqlarda qıcolmalar
- dizlərdə artrozların olması
- pəncə və ayaq barmaqlarında anormallıq
- dabanda şporların olması
- dabanda əyilmələr.
Dabanda əyilmələrə qadınlarda daha çox rast gəlinir. Bunu qadınların dikdaban ayaqqabı geymələri ilə əlaqələndirirlər. Lakin daban əyilmələrinə bəzən kişilərdə də rast gəlmək olur.
Əksər hallarda hər iki dabanın içəri doğru əyilmələri baş verir ki, bunun üçün ortoped həkimə müraciət etmək lazımdır. Belə dabanlara sahib olan adamlar enli ayaqqabı geyməməliridlər. Onların geydikləri ayaqqabının daban hissəsi hər iki tərəfdən dar olmalıdır.
Yastıayaqlılıqdan da yerişdə dəyişilmələr baş verə bilir. Bu zaman ortopedin məsləhəti ilə supinatorlu ayaqqabı və ya xüsusi tikilmiş ortapedik ayaqqabı geyilməlidir.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
120 il yaşamaq üçün nə edək?
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı