"Yoluxucu xəstəliklərdən qorunmağın yolu yaxşı qidalanmadır" - AÇIQLAMA

Payız fəslinin astanasındayıq. Bu fəsil özü ilə birlikdə xəstəliklər də gətirir. Payızı xəstələnmədən keçərək, qışa daha sağlam çatmağın yolu düzgün qidalanmadır. Çünki düzgün qidalanma immunitet sistemini gücləndirir və xəstəlik ehtimalını azaldır. Eyni zamanda, mövcud xəstəliklərin sağalma sürətini də artırır.
Milli.Az bildirir ki, mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, payız mövsümündə havaların soyuması immun sistemi aşağı olan insan üçün mövsümi xəstəliklərə yoluxma riskini daha da artırır:
"Bu da xüsusilə gənclər və məktəblilər arasında özünü göstərir. Bu dövürdə hər kəs sağlam qidalanmaya üstülük versə daha yaxşı olar. Bundan başqa fiziki aktivliyə və yuxu rejiminin yerində olmasına da önəm verilməlidir. Çünki, orqanların normal işləməsi üçün qidalanma ilə birgə fiziki aktivlik və yuxu rejiminin normal olması əsas şərtdir. Lakin evdən kənarda olanlar xüsusilə gənclər qidalanmalarına və yuxu rejiminə diqqət etmirlər. Əksinə məktəb və ya universitetdə satılan mənşəyi bəlli olmayan qidalardan istifadə edirlər. Bunu qeyd etməliyəm ki, bu cür qidalar birmənalı şəkildə insan orqanizmində qarşısı alınmayacaq ciddi fəsadlar törədir və inkişafı ləngidir".
Məhsəti Hüseynova vurğulayıb ki, qidalanmada 25 yaşa qədər olan insanlar makro və mikro elementlərlə zəngin qidalara önəm verməlidirlər:
"Çünki, müntəmadi olaraq istifadə edilən paketlənmiş qidalar və qazlı rəngli içkilər orqanizimdə vitamin və mineral, həmçinin böyrək və qaraciyər çatışmazlığına gətirib çıxarır. Qeyd etməliyəm ki, payız mövsümündə quru və yaş meyvələrdən, sulardan istifadə çox vacibdir. Antioksidant qaynaqlı qidalar süfrədən əskik olmamalıdır. Sentyabr ayı Omeqa-3 sağlam yağlar baxımından da məhsuldar dövrdür. Qəlyanaltılarınıza təzə qoz və fındıq əlavə etmək yaxşı olardı. Yüksək protein tərkibi ilə vegetarianlar tərəfindən tez-tez istehlak edilən göbələk payızla birlikdə qızıl dövrünü də yaşayır. Təmizləmə və çeşidləmə çətinliyini azaltmaq üçün böyük miqdarda göbələkləri sote edib dondura bilərsiniz".
Milli.Az

Xəbərlər     Baxılıb: 1377   Tarix: 13 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

kosmetoloq qaşların formalari yay kolleksiyasi qlazok hüquqşünas küftələr sağlam ol kosmetika haxışda yutube burclerin uygunlugu badambura şebnem tovuzlu