Yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə

Yorğunluğu və stresi aradan qaldırmaq üçün gündəLimon subtropik meyvə bitkiləri içərisində yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətinə görə qiymətli bitkidir. Limon meyvələri tibdə çox qədimdən istifadə olunur. Belə ki, limondan tənəffüs yollarının xəstəliyi, əzələ revmatizmi, angina, mədə-bağırsaq və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir.
Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov qış aylarında limondan istifadənin əhəmiyyətindən danışarkən bildirib.
O, xüsusilə havaların soyuq keçdiyi aylarda insanda virus, mikrob əleyhinə və immun sistemini yüksəldən vasitə kimi limonun çox faydalı olduğunu vurğulayıb: "Limonun qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif meningit və qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotikdir. Dəri xəstəlikləri zamanı limon şirəsi içməklə yanaşı, onu zədəli yerə sürtmək qızartının və qaşınmanı götürür.
Həmçinin limonlu çay qrip, soyuqdəymə, öskürək, başağrısı kimi xəstəliklərə faydalı olduğu kimi, arıqlamaq istəyənlər üçün də C vitamini və sellüloz ilə zəngin meyvədir.
"Limonlu çay hazırlamaq çox asandır. Qaynadılan suya bir xörək qaşığı çay əlavə edirik və qaynamağa qoyuruq. Sonra isə limon şirəsi və istəyə görə şəkər əlavə olunur. Gündəlik yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə bir-iki fincan limonlu çay içmək də məsləhətdir", - deyə H.İdrisov əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1212   Tarix: 23 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər