Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diaqnoza tələsməyin

Yüksək təzyiqlə səhv salınan 5 xəstəlik – Diaqnoza tələsməyinYüksək təzyiq-hipertoniya bu gün dünyada cavanlaşan və bir xəstəlik kimi yox, diər xəstəliklərin əlaməti kimi baş qaldıran simptom kimi qəbul olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər sizə elə gəlsə ki, təzyiqiniz qalxıb, hətta bunu tonometrlə ölçdükdə görsəniz də, təzyiq salan dərmandan istifadə etməyə tələsməyin. Hər təziyiqin yüksəlməsi heç də hipertoniya xəstəliyi demək deyil.
Çünki yüksək təzyiq bu 5 digər xəstəlikdə də olur. Ona görə bu zaman əsas xəstəliyi müalicə etmək lazımdır ki, təzyiq normallaşsın. Bəzən həkimlərin belə dərinliyinə gedib araşdırmadığı həmin xəstəlikləri sizə təqdim edirik:
1. Gərginlik tipli baş ağrıları
Oturaq işdə çalışanlar, kompüter, telefon qarşısında çox olanlar, qapalı məkanlarda olanlar və ya sadəcə gərginlikdən başın, boynun, gicgahın ağrıması çox zaman yüksək təzyiqlə səhv salınır. Bu ağrılar boyun və çiyin əzələlərinin spazmı və gərginliyindən də olur. Bu zaman ola bilər ki, təzyiqi ölçdükdə bir az yuxarı göstərə bilsin.
Lakin siz baş ağrısı dərmanı içsəz, 1 saat açıq havada olandan sonra, boyun çiyin masajı, gimnastikası etsəniz bu ağrı keçəcək. Əgər keçərsə, deməli, problem təzyiqdə deyil
2. Qanda qlükozanın azalması
Qanda şəkərin düşməsi də təzyiq yüksəlməsi və enməsi əlamətləri verir.
Əslində isə hipoqlikemiya - qanda şəkərin kəskin düşməsi baş verib.
Sağlam insanlaerda bu çox ac qaldıqda, yemək arasında uzun fasilələr zamanı baş verir. Şəkər xəstələrində isə insulin və dərman qəbulundan sonra normal miqdarda yemək yeməyəndə olur. Eləcə də bəzi dərmanlar, alkoqol şəkəri qəfil salır.
Qanda şəkər düşdükdə insanın başı gicəllənir, başı ağrıyır, titrəmə olur, tərləyir, gözləri bulanır. Yüksək təzyiqə bənzəyir. İnsan bayıla da bilər. Bu zaman həmin şəxs şərbət, şirin çay, kofe, şokolad və ya çörək yeməlidir.
Əgər bu hal tez-tez baş verirsə, müəyyən analizlər verib, diabet və qanda hemoqlobinin qlikiləşməsinin miqdarını təyin etmək lazımdır.
3. Təşviş pozuntusu
Təşviş-həyəcan pozuntusu və nevrozu olan insanlarda da yüksək təzyiqə bənzər əlamətlər baş qaldırır. Baş gicəllənmə, ürək döyüntüsünün artması, ürəkbulama, baş ağrısı, gözlərdə qaralma, təngnəfəslik, aşağı ətrafların soyuması, huşun itməsi. Panik atak yaşayanda da bu hallar baş verir.
Yüksək dərəcədə təşviş və panik atak o deməkdir ki, orqanizm stresə çox güclü reaksiya verir, qana həddən artıq çox adrenalin sıçrayır. Adrenalin də öz növbəsində təzyiqi yüksəldir. Amma burda əsas müayinə və müalicə təzyiqə qarşı yox, şəxsin nevroloji və psixiatrik durumunun təyininə yönəlməlidir və o, nevroloq və psixiatra müraciət etməlidir. Təyin olunacaq dərmanlar da təzyiqə qarşı yox, sakitləşdiricilər olmalıdır.
4. Müxtəlif infeksiyalar
İnfeksion xəstəliklər - herpes, sitomeqalovirus, Epşteyn Barr və s. halsızlıq, təzyiq, baş ağrısı, titrəmə, əzginlik verə bilər.
Əgər uzun müddət təzyiq az da olsa qalxırsa, lakin dərman təsir etmirsə, halsızlığınız düzəlmirsə, o zaman gizli infeksiyalardan analiz verin.
5. Hipotireoz
Qalxanvari vəzin fəaliyyətinin azalmasıdır.Bu xəstələrdə əl-ayaq donur, dəri avazıyır, kökəlir, dəri quruyur, menstrual tsikl pozulur, insan əsəbi olur. Depressiya və nevroz əlamətləri fonunda yüksək təzyiqə də şübhə yaranır.
Ona görə də bu əlamətlər olduğu halda endokrinoloqa gedib, hormonları və zobu yoxlatmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1278   Tarix: 11 yanvar 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nə edək ki, çiyələklər tez xarab olmasın?

Çiyələklərin çürüməsinin qarşısını almaq üçün onları düzgün şəkildə yumaq, saxlamaq və istifadə etməklə ömrünü xeyli uzatmaq mümkündür. bildirir ki, bunun üçün aşağıdakı üsulu tətbiq edə bilərsiniz:. Çiyələkləri alandan sonr

.

Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz

Zülal tərkibli qidaların orqanizmə təsiri uzun illərdir alimlərin diqqət mərkəzindədir. Xüsusilə bağırsaq mikrobiomu, yəni orqanizmdə yaşayan faydalı mikroorqanizmlər insan sağlamlığının əsas sütunlarından biri kimi qəbu

.

Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır - SİYAHI

Süd vəzi xərçəngi ilə bağlı dünyanın məşhur xeyriyyə təşkilatı krem və şampunlardakı bu xəstəliyi yaradan zərərli maddələri açıqlayıb. xəbər verir ki, xeyriyyə təşkilatının açıqlamasında şampun və kremlərin tərkibindəki maddələri

.

İçdiyiniz suya bir parça əlavə edin - Dəyişimə inanmayacaqsınız

Son illərdə sağlam həyat tendensiyaları arasında önə çıxan üsullardan biri də çox sadə və təbii bir təcrübədir - İçdiyiniz suya bir parça şam budağı əlavə etmək. Sosial media platformalarında viral hal alan bu təklif bi

.

Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin

Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb. xəbər verir ki, dəri səpgiləri, qaşınma, qızarıqlıq, burun axması kimi əlamətlər bir çox valideynləri narahat edir. Bu simptomlarla ev şəraitində mübarizə aparmaq bəzə

.

Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır

ABŞ Yuxu Təbabəti Akademiyasının yeni hesabatında tez-tez əsnəmə, gündüz diqqətsizlik və artan kofein istəyi kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib. xəbər verir ki, mütəxəssisləri

.

Gündəlik 5 saat yuxu yatanlar bu xəstəliyə daha çox tutulur

Gecə beş saatdan az yatmaq yaddaş və konsentrasiyanı zəiflədir, ürək-damar xəstəliklərinin, şəkərli diabetin, depressiyanın və piylənmənin inkişafına kömək edir. e- -a istinadən xəbər verir ki, bunu RİA Novosti ilə söhbətind

.

Bu əl hərəkətini edə bilmirsinizsə, diqqətli olun – Beyin şişinin gizli əlaməti

Sadə bir məşq hərəkəti sayəsində beyin şişi olan şəxsdə nevroloji problem aşkar edilib. Sosial şəbəkələrdə yayılan videoda bir qadın sevgilisi ilə "alqış testi" adlanan əl çalma məşqini sınaqdan keçirib və nətic

.

Dırnağınız tez qırılırsa, bunları edin

Son zamanlar bir çox insanın qarşılaşdığı problemlərdən biri dırnaqların tez-tez qırılmasıdır. xəbər verir ki, dırnaqların zəif və qırılgan olması həm estetik baxımdan, həm də sağlamlıq baxımından narahatlıq yaradır. . Dırnaqları

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy gecesi geyim və ayaqqabılar geyim şəkilləri yagli saclar ucun meslehetler fitness bizim məşhurlar milli mətbəx dolça novruza aid hakışta ana haqqinda bayati aybawi bayraq