Yumurtalığın funksional kistaları

Yumurtalığın funksional kistalarıYumurtalığın kistası – yumurtalığın səthində və ya daxilində olan boşluqlu (içərisi maye ilə dolmuş kisəşəkilli şiş) törəmələrdir. Hazırkı dövrdə bu, kifayət qədər yayılmış xəstəlikdir.
Yumurtalıqların fəaliyyəti barədə qısa məlumat verək. Yumurtalıqların işini idarə edən hormonların təsiri altında mayalanma üçün bir və ya bir neçə follikul yetişərək böyüməyə başlayırlar.
Müəyyən bir müddətdən sonra bir və ya bir neçə follikul daxilində yumurta hüceyrəsi daşıyan yetişmiş follikula çevrilir. Hormonların təsiri altında yetişmiş follikul partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Follikul mayesi öz axarı ilə yumurta hüceyrəsini uşaqlıq borusunun qıfşəkilli hissəsinə istiqamətləndirir. Müvafiq şərtlər daxilində məhz uşaqlıq borusunda mayalanma baş verir. Dağılmış follikulun yerində sarı cisim əmələ gəlir ki, o da aktiv şəkildə progesteron hormonu ifraz etməyə başlayır. Mayalanma baş vermədikdə isə sarı cisim yumurtalıqda 10-14 gün yaşadıqdan sonra məhv olur və nəticədə menstruasiya (aybaşı) baş verir.
Bu, normal halda belə olur. Bəzən isə bu və ya başqa səbəblərdən bu prosesdə pozğunluq baş verir. Məsələn, içərisində yumurta hüceyrəsi olan follikul müəyyən bir anda "donur" və özünün sonrakı inkişafını dayandırır. Müəyyən dövrdə inkişafını dayandırmış bu follikul, onun hüceyrələri tərəfindən qadın cinsi hormonlarının artıq dərəcədə hazırlanması nəticəsində, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bəzən 6 sm-dək çata bilir. Bu zaman yumurta hüceyrəsi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometriumun qalınlaşaraq inkişaf etməsi baş vermir ki, bunun da nəticəsində aybaşı 10-15 gün müddətinə ləngimiş olur. Bu, kistanın əmələ gəlməsinin bir variantıdır.
Bundan əlavə, başqa variantlar mövcuddur. Məsələn, sarı cisim sakitcə "solmaq" əvəzinə sürətlə inkişaf etməyə başlayır, aktiv şəkildə progesteron hazırlayır və bunun nəticəsində sarı cismin kistasına (və ya lyüteyin kistasına) çevrilir.
Kistaların əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində olan hormonal pozğunluqlardır. Yumurtalığın fəaliyyəti nəticəsində əmələ gələn kistaların müalicəsinə, adətən, heç bir ehtiyac olmur (həkimlər bu kistaları funksional kistalar adlandırır). Adətən funksional kistalar bir-iki aybaşı tsikli ərzində öz-özünə sorulurlar. Kistalar sorulduqda dəyişilmiş aybaşı baş verir – adi halda olduğundan daha çox və ya az miqdarda qanaxma olur və ya daha uzun müddət ərzində cinsi yollardan cüzi qan ifrazı ilə müşayiət olunur.
Funksional kistalar kiçik ölçülü olduqda, adətən, heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən ultrasəs müayinəsi (USM) zamanı aşkar edilir. İri funksional kistalar isə qarının aşağı hissəsində və cinsi akt zamanı ağrılara səbəb ola bilərlər. Bu halda qadınlar mütləq həkimə müraciət etməlidirlər.
Əgər müayinə zamanı qadında yumurtalığın kistası müəyyən edilərsə, həkim onu bir-iki aybaşı tsikli ərzində nəzarətdə saxlayır. Nəzarət dövründə qadın qarının aşağı hissəsinə isti tətbiq edilməsi ilə olan müalicə üsüllarından (palçıq müalicəsi və digər bu kimi üsullar) istifadə etməməlidir! Çünki bu zaman kiçik çanaq üzvlərinin - həmçinin yumurtalıqların qan dövranı güclənir. Buna isə yol vermək olmaz! Çünki bu zaman kistanın böyüməsi və son nəticədə partlaması baş verə bilər. Belə xəstələrə sauna və isti hamama getmək, isti vanna qəbul etmək olmaz. Onları ilıq duş altında yuyunmaqla əvəz etmək olar. Günəş vannalarını isə səhər saat 11-dək və axşam saat 18-dən sonra qəbul etmək olar.
Növbəti aybaşından sonra qadın yenidən ultrasəs müayinəsindən (USM) keçir. Əksər hallarda növbəti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli dərəcədə kiçilir, daha növbəti aybaşından sonra isə bütünlüklə yox olur. Sorulma baş vermədiyi halda isə qadına hormonal preparatlarla müalicə yazılır. Bu müalicənin nəticəsində yumurtalığın kistası, adətən, sorulur. Əgər yumurtalıq kistanın müalicəsi üç ay ərzində effekt vermirsə, bu halda onu cərrahi yolla xaric edirlər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2525   Tarix: 25 noyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geymler 2026 kosmetoloq sac duzumleri konservləşdirilmiş məhsullar kitayski roza darcin faydasi qadın hüquqları kosmetika dostluq atalar sözü usaq geyimleri novruz bayramına aid hakışda pizza