Yumurtanın xeyri və ziyanı

Yumurtanın xeyri və ziyanıToyuq yumurtası daim çox xeyirli məhsul sayılıb, lakin müasir dövrün insanları xolesterinin ziyanı haqda düşündükdən, yumurtanın ziyanlı tərəflərinin daha çox olduğunu düşünməyə başlamışlar.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, bununla da, yumurtanın gündəlik istifadəsinin ziyanlı olduğu irəli sürülür. Bu düşüncələri nəzərə alıb, yumurtanın xeyri və ziyanını tərəziyə qoyub, hansı variantın daha həqiqi olduğunu anlamağa çalışaq...
Mənfi arqumentlərdən birincisi yumurta sarısının tərkibində olan xolesterindir. Məhz buna görə sağlam həyat sürən insanların çoxu yumurtadan imtina etmişdir. Yalnız, bir çox alimlərin iddiasına görə, gündə 1 yumurta yemək normal sayılır və bu miqdarda olan xolesterin orqanizmə ziyanlı sayılmır.
İnkinci mənfi arqument uşaqlarda olan allergiya və yumurtada olan salmonella bakteriyası. Bildiyimizə görə allergiya ya 5-7 yaşdan sonra keçir və ya ömürlük qalır. Təbii ki bu müddətə qədər istifadəni saxlamaq məsləhətlidir.  Salmonella bakteriyasına gəldikdə isə, ona qarşı toyuqlara peyvəndlər vurulmalıdır. Həmçinin məhz yumurtadan salmonella bakteriyası qazanmamaq üçün bir sıra profilaktik tədbirlər vardır. Birincisi, yumurtanı çiy halda və ya az bişmiş halda yeməmək, hazırlanmadan öncə yaxşı yumaq, qabığı çartlamış yumurtanı bişirməmək və yumurtaya toxunduqdan sonra mütləq əlləri yumaq.
Mənfi arqumentləri sadaladıqdan sonra, müsbət tərəflərinə nəzər yetirək.
Məlumdur ki, yumurta  müxtəlif xeyirli komponentlərlə zəngindir :  zülal, vitamin, minerallar və antioksidantlar.  1 yumurta gündəlik zülal normasının 12%-14% təşkil edir və tərkibinə həmçinin amin turşuları da aid edilir. Vitaminlərə gəldikdə isə, A, D, E, B3, B12, fol tuşusu və xolin aiddir. Həmçinin yod, sink, kalsiy, maqniy, dəmir və fosfor kimi mineral və mikroelementlər də vardır. Toyuq yumurtasının tərkibində həmçinin selen antioksidantı da vardır.
Bundan belə bəlli olur ki, yumurta yeməklə biz, ürək -damar sistemi xəstəlikləri və qadınlarda döş xərçənginin yaranma təhlükəsini azaltmış oluruq. Toyuq yumurtasında olan madəllər həmçinin saçların qorunması, dərinin qidalandırılması, kəpək və qırışlarla mübarizə aparılması, diş və sümük toxumasının bərkidilməsi, piy və xolesterinin istifadə olunmasına səbəbdir.Bundan əlavə isə görmə qabiliyyətinə yaxşı təsir göstərən bu məhsul, qidalı və azkalorilidir.
Bu məlumatlardan bəlli olur  ki, yumurtanı normal sayda yedikdə əsas mənfi arqument olan xolesterin problemi də problem sayılmır...
Milli.Az

Xəbərlər     Baxılıb: 1669   Tarix: 07 sentyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri hamilelikde qidalanma göz xəstəlikləri baliqqulagi otaq dizaynları hicablı xanımlar kosmetika sevda sanamalar xerçeng novruz hakistalari itburnu