Yuxusuzluğun Əsl Səbəbi Stres Deyil – Gecələr Kortizolu Artıran Gizli Amil

Yuxusuzluğun Əsl Səbəbi Stres Deyil – Gecələr Kortizolu Artıran Gizli AmilGecələr yata bilmirsiniz və bunun səbəbini yalnız stress hesab edirsinizsə, bəlkə də məsələ başqadır. İngiltərədə aparılan yeni bir araşdırma göstərib ki, gündə kifayət qədər su içməmək, bədəndə stres hormonunun - kortizolun səviyyəsini əhəmiyyətli dərəcədə artırır və bu da yuxusuzluğa səbəb ola bilər.
Tədqiqatda sağlam gənclər iki qrupa bölünüb:
Kifayət qədər su içənlər
Az su içənlər (gündə 1,5 litrdən az)
Bir həftə ərzində onların qan və sidik nümunələri izlənib, daha sonra stress yaradan testlərə (müsahibə simulyasiyası və riyazi tapşırıqlar) məruz qalıblar.
Az su içən qrupda kortizol səviyyəsi təxminən 50% daha yüksək olub. Maraqlıdır ki, bu şəxslər özlərini "susuz" hiss etdiklərini deməyiblər - yəni bədən susuzluğu dərhal hiss etdirməyə bilər.
Susuzluq zamanı vazopressin adlı hormon aktivləşir. Bu hormon beyinlə əlaqəyə girərək stress sistemlərini hərəkətə gətirir və kortizolun artmasına səbəb olur. Uzun müddətli kortizol artımı isə:
Ürək-damar xəstəlikləri
Diabet
Depressiya ilə əlaqələndirilir.
Professor Neil Walsh bildirib ki, "yüksək kortizol reaksiyası uzun müddətdə ciddi sağlamlıq problemlərinə yol aça bilər". Buna görə də, su içmə vərdişi qazanmaq təkcə susuzluğun qarşısını almaq deyil, həm də sağlam qalmaq üçün vacibdir.
Susuzluğa Qarşı Sadə Tövsiyələr
Yanınızda daim su şüşəsi gəzdirin.
Sidiyin rənginə diqqət edin - tünd rəng bədənin susuz qaldığını göstərə bilər.
Günlük su qəbulunu artırın, xüsusən də stressli dövrlərdə şüurlu şəkildə su için.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1366   Tarix: 01 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetik vasiteler geyim seçimi sac duzumleri gənc qızlar üçün saç düzümləri qadınlarda erroziya permanent makiyaj sirin qiz statuslari kosmetika hakışta rus dilin nece orenek oğlaq həsən bəy zərdabi qızlıq pərdəsi