Zamiqdən yeni klip: "Duman"
Müğənni Zamiq Hüseynov "Duman" adlı klipi ilə tamaşaçılarını sevindirib.
Open.az xəbər verir ki, lirik mahnının sözləri, musiqisi, həmçinin aranjimanı MC Murada aiddir. Xarizmatik sənətçi klipini ekranlaşdırmaq üçün yenə də rejissor Dele Orucluya müraciət edib.
Uğurlu işi barədə danışan ifaçı Cavid ilə yaxşı anlaşmasından söz açıb: "Dele gəncdir, istedadlıdır. Onun baxış bucağı mənim xoşuma gəlir. Oturub danışanda da görürük ki, fikirlərimiz üst-üstə düşür. O da məni bəyənir, məsləhət verəndə də tez qəbul edir" .
Sənətçi geyim seçimindəki həssaslığını da dilə gətirib: "Bəzi hallarda mənə deyirlər ki, bu geyimi geyinməlisən. Deyirəm olmaz, axı mən bilirəm nə istəyirəm. O bilə-bilməz ki, mənə ən çox nə yaraşır, nə yox! Mənim ən həssas yerim o geyim məsələsidir. İndiyə kimi kimsə çəkilişdə geyimimə qarışmır. Obraz barədə mənə məlumat verəndə deyirlər ki, Zamiq geyim barədə artıq özün fikirləş".
Hüseynov 2 günə çəkilən klipinin büdcəsini də gizlətməyib: "Bu gün 10 min manata klip çəkilirsə, bu artıq bahalı klip sayılır. Dele yaxın dostum olduğuna görə, burada pul qazanmaq barədə düşünmədik. Cavid o klipi bu gün başqasına çəksə, bilirəm ki, 15-20 mindən aşağı çəkməz " .









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür