Zəhərli bal

Zəhərli balBu bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.
Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar. Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.
Zəhərli balı yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və ayaqlar ağrımağa başlayır. Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa bilər. Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili həkimə müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1718   Tarix: 17 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan