Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar

Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılarKörpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yəqin ki, bilirsiz.
Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir.
Eləcə də dənizə gedə bilməyənlər duz dağı, mağarası, xüsusi kurortlarda duz otaqlarında nəfəsalma terapiyası keçə bilər. uşaqları qədimdə niyə duzla ovxalayırdılar
Duzun uşağa təsiri hələ yüz illər əvvəl, dəniz olmayan bölgələrdə də insanlara məlum idi. Bəs o zaman insanlar nə edirdilər. O zamanlar duz defisit idi, çox baha satılırdı, karvanlarla uzaq ellərdən gətirilirdi.
XIII əsrdə tibbi kitablar müəllifi Aldobrandino Siena uşaqların bədənini duzla ovmağı məsləhət görürdü.
Bu metoda qədim rus, Ukrayna, Sibir xalqları da əməl edirdi.
Uşağın bədənini duzla masaj edib, duzla ovurdular. Bədənin elə bir nahiyəsi qalmırdı ki, ora duz dəyməsin.
Sonra uşağı isti bələyib, bir neçə saat belə saxlayırdılar. Uşağın bu prosedurdan nə qədər əziyyət çəkməsi məlum deyil, amma dərinin duza dözməsi onun üçün çətin olardı. Uşaq təbii ki, duzun yandırmasına görə qışqırır, ağlayırdı. Lakin valideynlər buna fikir vermirdilər. Çünki onlara boqatır kimi güclü bədənli, immunitetli uşaq lazım idi və dözməlidir. Zəngin ailələr isə duzu dəriyə çəkmir, uşağı elə duz topasının içində tam örtürdülər.
Belə müaicəvi profilaktik tədbirdən sonra uşağın sağlam olacağına inanırdılar.
Zəif doğulmuş, xəstə uşaqları da ayağa qaldırmaq üçün bu metod məsləhət görülürdü. Əslində bu metodu düzgün bilmədən etmək və aşırı istifadə etmək faydadan çox zərər verə bilər. Həm də indi orta əsrlər deyil. Uşağı sadəcə dənizə, duz mağarasına apara bilərsiz. Amma arada təbii dəniz duzu ilə (apteklərdə satılır) uşaq bədənini yumaq, vanna və masaj etmək faydalı ola bilər.
Buna 1 yaşından başlamaq olar.

Ailə və Uşaq     Baxılıb: 2592   Tarix: 11 oktyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

toy gecesi makiyaj etmek qaydalari qadın geyimi atalar sözləri elm haqqinda şorba reseptləri qadın alt paltarları avto qadın kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır rus dilini oyrenek 2ci ders sanamalar vetene aid bayati novruz bayramına aid bakışta