"Zərərli" qidalardan tamamilə imtina bu xəstəliyə səbəb olur – Alimlərdən xəbərdarlıq

İşlənmiş qidalardan tamamilə imtina etmək istəyi fiziki sağlamlığın pisləşməsinə və ortoreksiyanın inkişafına səbəb ola bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə "The Conversation"a York St Johns Universitetinin tədqiqatçıları məlumat verib.
Psixoloqlar ortoreksiyanın bir növ psixi pozğunluq olduğunu xatırladıblar. Bildirilib ki, bu zaman insan yalnız təbii qidaları yeməklə maraqlanır:
"Onların nəzdində "zərərli" kateqoriyaya çox vaxt həm ultra emal olunmuş qidalar (fast food, çörək, qənnadı məmulatları), həm də minimal emal olunmuş qidalar (konservlər, meyvə və tərəvəz konservləri, quru meyvələr) daxildir".
Mütəxəssislərin fikrincə, ortoreksiya ilə anoreksiya arasındakı əsas fərq prinsipcə bütün qidalardan yox, qeyri-sağlam qidalardan imtina və onların istehlakının potensial nəticələrinə görə yaranan irrasional qorxudur.
Ciddi pəhrizdəki kiçik bir "səhv" belə, ortoreksiyalı bir insanın özünü günahkar və narahat hiss etməsinə səbəb ola, onun psixikasına zərər verə bilər.
Bu zaman xəstənin fiziki sağlamlığı da pisləşir. Çünki ortoreksiya daim məşq etmək və yağlar, karbohidratlar kimi qida maddələrinin qəbulunu məhdudlaşdırmaq istəyi ilə müşayiət olunur.
Bu səbəbdən düzgün qidalanmaya həddən artıq bağlılıq yuxu keyfiyyətinin aşağı düşməsinə, əhval-ruhiyyənin pisləşməsinə, enerji səviyyəsinin azalmasına, apatiyaya və beyin funksiyasının pisləşməsinə səbəb olur.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1040   Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari