Zərərsiz hesab etdiyiniz bu 7 vərdiş beyninizi sakitcə məhv edir - Mütəxəssisdən xəbərdarlıq

Zərərsiz hesab etdiyiniz bu 7 vərdiş beyninizi sakitcə məhv edir - Mütəxəssisdən xəbərdarlıqGündəlik həyatımızda fərqinə varmadan davam etdirdiyimiz bəzi sadə vərdişlər, beynimizə düşündüyümüzdən daha çox zərər verə bilər. ABŞ-li tanınmış psixiatr və beyin mütəxəssisi Dr. Daniel Amen, beynin sağlam qalması üçün diqqət edilməli 7 zərərli gündəlik vərdişi açıqlayıb. O, bildirib ki, bu davranışlar "beyni sakitcə zədələyir" və uzunmüddətli fəsadlara yol aça bilər.
Hər şeyə "bəli" demək və özünüzü məcbur etmək
Çox insan başqalarını razı salmaq üçün özünü unudur. Hər işi eyni anda görməyə çalışmaq, beyində gərginlik yaradır və prefrontal korteks adlanan qərarvermə hissəsini zəiflədir. Dr. Amen "Bunun haqqında düşünməliyəm" deməyin vacibliyini vurğulayır. Çoxlu tapşırıqla məşğul olmaq diqqəti, yaddaşı və qərarverməni zəiflədir.
Zərərli qidaları tez-tez yemək
Cips, şirniyyat, qazlı içkilər və dondurma kimi çox emal olunmuş qidalar təkcə bədənə deyil, beyinə də mənfi təsir göstərir. Araşdırmalara görə, bu cür məhsullar obezlik, şəkərli diabet, depressiya, narahatlıq və vaxtsız ölüm riski ilə əlaqəlidir.
Dr. Amen xəbərdarlıq edir: "Zərərli yeməklər mükafat deyil, cəzadır."
Hərəkətsiz həyat tərzi
Uzun müddət oturaq həyat tərzi beyinə gedən qan axınını azaldır. Bu isə depressiya, diqqət pozğunluğu və Alzheimer xəstəliyinə səbəb ola bilər. Hətta yüngül gündəlik fiziki fəaliyyət belə beyin üçün çox faydalıdır.
Toksik şəxsi qulluq vasitələrindən istifadə
Paraben, ftalat və formaldehid kimi kimyəvi maddələr olan bəzi kosmetik və şəxsi qulluq məhsulları hormon sistemini pozur. Nəticədə yorğunluq, depressiya, "beyin sisi" (bulanıqlıq) və diqqət pozğunluğu yarana bilər.
Mütəxəssis bu məhsulları seçərkən tərkib analiz proqramlarından (məsələn, "Think Dirty") istifadə etməyi və zərərli məhsulları həyatımızdan çıxarmağı tövsiyə edir.
Həmişə eyni rutində qalmaq
Hər gün eyni şeyləri təkrarlamaq beynin inkişafını ləngidir. Yeni hobbilər, kitab oxumaq, dil öyrənmək və ya fərqli düşünmə tərzləri beynin aktiv qalması üçün vacibdir. Dr. Amen deyir: "Öyrənməyi dayandırdığınız anda beyniniz zəifləməyə başlayır."
Riskli davranışlar və baş zədələri
ABŞ-də aparılan bir araşdırmaya görə, hər il böyüklərin 3,3%-i, uşaqların isə 2,2%-i beyin travması keçirir. Yıxılmalar, qəza və zərbələr uzunmüddətli beyin zədələrinə səbəb ola bilər.
Amen baş zədələrinin qarşısını almaq üçün kask taxmağı, pilləkəndə məhəccərdən tutmağı və maşın sürərkən telefonla yazışmamağı tövsiyə edir. "Hətta yüngül zərbələr belə psixi sağlamlığa ciddi təsir edə bilər" - deyə xəbərdarlıq edir.
Pis vərdişləri dəyişdirməmək
Pis vərdişlərdən xilas olmaq çətin ola bilər, amma mümkündür. Mütəxəssislər bunun üçün üç əsas addım tövsiyə edir:
Mühiti dəyişmək - sizi pis vərdişə sürükləyən şeylərdən uzaqlaşın.
Sağlam alternativlər tapmaq - zərərli davranışları faydalı vərdişlərlə əvəz edin.
Özünüzə qarşı mərhəmətli olun - uğursuzluqları normal prosesin bir hissəsi kimi qəbul edin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1204   Tarix: 28 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

aksessuarlar geyim şəkilləri geymler 2026 qısa saçların yığılması yagli saclar ucun meslehetler gelinlikler autizm xesteliyi kosmetika qaynana hakista turpun nağlı ikizler geyim oglan evi