Zirincin müalicəvi xüsusiyyətləri hansılardır?

Zirincin müalicəvi xüsusiyyətləri hansılardır?Zirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən "şimal limonu" da adlandırırlar.
Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.
İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.
Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır. 
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1994   Tarix: 19 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti reseptler vetene aid bayatilar doğuşa hazırlıq üzə qulluq qarazire faydalari kosmetika tərəzi bürcü haxisda kəlamlar bayatılarımızda vətən həsrəti meseller