Zob xəstəliyi – təbii çarələr

Zob xəstəliyi – təbii çarələrZob xəstəliyi Azərbaycanda geniş yayılmış bir xəstəlikdir, çünki ərazilərimiz daha çox dağ çayları ilə qidalandığından endemik olaraq bizdə geniş yayılmışdır.
Zob xəstəliyi varsa ilk növbədə xəstəliyi sənədləşdirmək lazımdır. Bu nə deməkdir? Əvvəlcə qandan analiz verib, T3, T4, TSH və Anti TPO hormonlarının miqdarını bilmək lazımdır və sonra müalicəyə başlamaq lazımdır. Əgər qanda T3 və T4 artıbsa, TSH azalıbsa, deməli sizdə qalxanabənzər vəzi həddindən artıq çalışır. Əgər T3, T4 azalıbsa onda mütləq TSH artacaq, çünki T3 və T4 qanda miqdarı göstərir. TSH isə hipofiz vəzidə nəzarəti göstərir, ona görə bir-birləri ilə tərs mütənasibdir, cavab belədirsə sizdə qalxanabənzər vəzi zəif çalışır.
Qanda Anti TPO miqdarı qalxıbsa onda sizə autoimmun problemi var, bu nə deməkdir? Bədənimiz qalxanabənzər vəzini yad bilir və ona cəbhə yaradır sonda Anti TPO səviyyəsi qalxmağa başlayır. Bütün bunları geniş yazmağımın səbəbi bu analizlər olmadan müalicə etdirmək çox qorxulu ola bilər. İstər dərmanlarla olsun, istərsə də bitkilərlə, məsələn qanda Anti TPO səviyyəsi qalxıbdırsa, o zaman tərkibində yod olan bitkilərdən istifadə etmək olmaz, bu zaman bədən müqavimətini artıran, immunstimlyator təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır.
Məsələn:
Zəncəfil - 50 qram
Ud hindi - 50 qram
Qarazirə - 50 qram
Qatırquyruğu - 50 qram
Novruz şaxtagül kökü - 20 qram
Çiçək tozu - 50 qram
Bal - 1.5 kiloqram
Bitkilər toz formasına salınmalı, bal ilə yaxşı qarışdırmalı, məcun hazırlanılmalı, məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.
Bədəndə yodun azlığı varsa o zaman qanda T3 və T4 hormonu azalır bu zaman tərkibində yod olan bitkilərdən meyvələrdən yeyə bilərsiniz. Amma ən faydalısı yodlu duzdur, bundan başqa dəniz kələmi adında bir bitki var, bu bitkini salatların üzərinə səpib yeyə bilərsiniz. Dəniz kələmi yod çatışmazlığı üçün ən faydalı bitkidir.
Qaytarma adında bir bitki var, bu bitkinin köklərində zəngin yod vardır. Bədəndə yod çatışmazlığı üçün hazırladığım belə bir tərkib vardır:
Öksəotu - 30 qram
Yaşıl qoz - 40 qram
Qaytarma - 40 qram
Mayasarmaşığı - 30 qram
Su - 400 qram
Spirt - 600 qram
Saydığım bitkilər su və spirt bir-birinə qarışdırılır, 15 gün qaranlıq yerdə saxlanılır, hər gün qarışdırılır və gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılırb içilir. Bu bitkilərin 60 faizli spirtli dəmləməsi demək olar ki, yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan götürür. Əgər spirtli olaraq kimsə qəbul etmək istəməsə, bu qarışıma 2 xörək qaşığı alma sirkəsi qarışdırın və ağzı açıq vəziyyətdə 15-20 gün isti bir yerdə saxlayın, bu zaman spirt sirkələşəcək və tərkib olaraq heç bir dəyişmə baş verməyəcək. Ümumiyyətlə zobun formasından asılı olmayaraq bütün növ zob xəstəliyində Hicama və Zəli müalicəsi çox faydalıdır. Bu müalicədən sonra şişmiş zob düyünlərində kiçilmələr əmələ gəlir. Zob düyünlərinin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilir və düyünlərin üzərinə qoyulur.
Zob düyünlərinin kiçilməsi üçün başqa məsləhət 1 xörək qaşığı çobanyastığı, 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılır, xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz üzərinə qoyulur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1486   Tarix: 09 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet