Zövqlü geyindiyinizi göstərən amillər

Zövqlü geyindiyinizi göstərən amillərBelə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz.
Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamış qanunları var ki, onlara görə kimin zövqümüzü oxşadığını, kimin isə əksinə zövqümüzü korladığını müəyyən etmək olur.
Hər insan geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuruq. Ancaq özünəməxsusluğu ilə fərqlənən şəxs modapərəst adına layiq görülə bilər. Bu ada layiq olub-olmadığınızı bilmək istəyirsinizsə, Publika.az-ın "Harpersbazaar.com"-a istinadən təqdim etdiyi yazını oxuyun.
1. Geyiminizlə bağlı hər gün tərif eşidirsiniz.
2. Heç vaxt pis və ya qəribə geyindiyinizi hiss etmirsiniz.
3. Dostlarınız və ailə üzvləriniz həmişə sizinlə birlikdə alış-verişə çıxmağı təklif edirlər.
4. Öz üslubunuzu 3 sözlə ifadə edə bilirsiniz.
5. Qarderobunuzda heç vaxt dəbdən düşməyən, istənilən vəziyyət üçün uyğun olan və nəhayət, klassikləşmiş: plaş, qara qısa don, ağ düyməli köynək, bej və ya qara stiletto və s. bu kimi geyimlər var.
6. Sizin etibar edə biləcəyiniz bacarıqlı dərzi tanışınız var və dostlarınız onun əlaqə nömrələrini sizdən tez-tez soruşurlar.
7. Rəfiqələriniz və iş yoldaşlarınız hər hansı vacib tədbirə və ya mərasimə gedərkən paltar seçmək üçün ona yardım etməyinizi xahiş edirlər.
8. Küçədə tanımadığınız adamlar sizi saxlayıb utana-utana əyninizdəki paltarı, çantanı və ya hər hansı aksessuarı bəyəndiyini deyib onu haradan aldığınızla maraqlanırlar.
9. "Instagram" bloqunuzda sizi izləyənlər köhnə şəkillərinizi tez-tez bəyənib xoş sözlər yazırlar.
10. Geyinməyə paltar tapmayanda heç nədən maraqlı kombin düzəldib evdən çıxırsınız.
11. İllər əvvəl çəkdirdiyiniz şəkillərə baxanda geyiminizdən utanmır, əksinə, özünüzü bəyənirsiniz.
12. Qüsursuz görünmək üçün sizin bahalı brendlərdən alış-veriş etməyə və ya çoxlu pula ehtiyacınız yoxdur. Ucuz geyimlə də zövqlü görünmək olar - prinsipinə əməl edirsiniz.
13. Aldığınız hər hansı geyimə görə evə gələndən sonra peşmançılıq çəkmirsinizsə...
14. Dəbin sizi idarə etməsinə icazə vermirsiniz.
Əgər bu siyahıdakı bütün deyilənlərlə razılaşıb "hə" cavabını verə bildinizsə, sizi təbrik edə bilərik. Siz zövqlə geyinməyi bacaran xalis modapərəstsiniz.

Mətbəx     Baxılıb: 2528   Tarix: 19 may 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

turlar.az

kosmetoloq reseptler qadin sayti sarimsaq limon mocuzesi dondurmalar balamı sevirəm qan qruplari haqqinda melumat kosmetika qızlıq pərdəsi gozellik efsaneler seksi atalar sözü