1 ay ərzində hər gün zəncəfil yesəniz, orqanizmdə nə baş verəcək?

1 ay ərzində hər gün zəncəfil yesəniz, orqanizmdə nə baş verəcək?Rütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir. Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir. Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var. Onlar ağrını yüngülıəşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.
Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır. Onu təzə, üyüdülmüş, qurudulmuş ədviyyat və ya yağ kimi istifadə etmək olar.
Qadinsayti.az mütəmadi olaraq zəncəfil istifadə etmək üçün 8 səbəbi təqdim edir.
Zəncəfil ağrını yüngülləşdirir.
Corciya Universitetində aparılan tədqiqatların nəticələrinə görə, hər gün müəyyən miqdarda zəncəfil istifadəsiəzələlərdə ağrını 25% yüngülləşdirir. Üstəlik, bu gözəl bitki kökü menstrual tsiklin zamanı ağrını sakitləşdirir.
Zəncəfil xolesterin səviyyəsini azaldır.

45 gün ərzində davam edən və xolesterin səviyyəsinin yüksək olduğu 85 nəfərin iştirak etdiyi daha bir araşdırmada məlum olub ki, hər gün 3 qram toz zəncəfil istifadəsi qanda xolesterinin səviyyəsini xeyli aşağı salır. Bundan başqa, tədqiqatçılar ehtimal edirlər ki, bu, ürək-damar xəstəlikləri riskini də azalda bilər.
Zəncəfil həzmi yaxşılaşdırır.
Zəncəfildə mədə-bağırsaqda yaranmış qıcığı aradan qaldıran fenol birləşmələri var. Bundan başqa, onlar tüpürcək istehsalını artırır və beləliklə, yediklərimizin bağırsaqlara düşməsini asanlaşdırır. 24 sağlam insanın iştirak etdiyi tədqiqat göstərib ki, yeməkdən qabaq 1,2 qram zəncəfil tozu istehlakı mədə boşaldılmasını sürətləndirir, bununla mədə pozğunluğu problemi 50% azalır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.
Zəncəfil iltihabla mübarizə aparır.
Osteoartroz oynaqlarda şiddətli ağrılar yaradan xəstəlikdir. Bu yaxınlarda oynaq ağrılarından əziyyət çəkən 247 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, zəncəfildən istifadə insanların dərmanlara daha az ehtiyacı olub, bu isə ağrını xeyli azalıb.
Zəncəfil beyin funksiyasını yaxşılaşdırır.
Stress və xroniki iltihab qocalmanı xeyli sürətləndirir, onlar çoxsaylı yaş koqnitivlərinin pozulmasına gətirib çıxarır. Məsələn, altsqeymer xəstəliyi kimi. Araşdırmalar göstərib ki, zəncəfilin tərkibindəki antioksidantlar və bioloji aktiv birləşmələr baş beynində olan iltihablara qarşı güclü reaksiya göstərir.
Orta yaşlı 60 qadının üzərində aparılan bir araşdırma göstərib ki, zəncəfil ekstraktı yaddaşı yaxşılaşdırır. Bu isə o deməkdir ki, beyin sağlamlığına müxtəlif üsullarla kömək edir.
Zəncəfil ürəkbulanmanı aradan qaldırır
Zəncəfilli çay içmək və ya çiy zəncəfil yemək ürəkbulanma üçün effektiv vasitədir. Xüsusilə də xərçəngin müalicəsində, hamiləlik və səhərlər ürəkbulanmanı aradan qaldırır. 1278 hamilə qadının iştirak etdiyi 12 araşdırmanın nəticələrinə görə, 1,1 və 1,5 qram zəncəfil ürəkbulanmanı xeyli azaldır.
Zəncəfil ürək xəstəlikləri riskini azaldır
Qanda şəkərin səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riskinin əsas amilidir. 2-ci tip şəkərli diabetli xəstələrin iştirak etdiyi araşdırma isə göstərib ki, hər gün 2 qram toz zəncəfil istifadəsi ürək xəstəlikləri riskini və qanda şəkərin səviyyəsini ən azı 10% aşağı salır.
Zəncəfil anti-xərçəng xüsusiyyətlərə malikdir
Zəncəfilin tərkibində xərçəngin potensial alternativ müalicə metodu kimi çoxsaylı tədqiqatların predmeti olan gingerol maddəsi var. Bir araşdırma göstərib ki, gündəlik 2 qram zəncəfil cövhəri istifadəsi yoğun bağırsaqda iltihab proseslərini azaldır və çürüməsinin qarşısını alır.
Soyuqdəymənin müalicəsində faydalıdır
Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var. Aparılan araşdırmalarda zəncəfil cövhəri qəbul edənlər bildiriblər ki, qəbulun səhəri günü özlərini gümrah və güclü hiss ediblər.

Publika.az

Sağlamlıq     Baxılıb: 10855   Tarix: 24 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

hamiləlik reseptler kosmetik vasiteler qizliq perdesinin berpasi alt geyimləri doğum hekayələri uze qulluq maskalari kosmetika gülməli hakıştalar prostat atalar sozu xocali oglan evi