"10 min dollaradək krediti olan vətəndaşın 5 min dollar borcu silinir"

"10 min dollaradək krediti olan vətəndaşın 5 min dollar borcu silinir""Prezidentin bu gün imzaladığı fərman uzun müddətdir müzakirə olunan və əhalini narahat edən sosial məsələlərdən birinin həlli deməkdir".

Xanim.AZ xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində ölkə başçısının problemli kreditlərin həllinə dair imzaladığı Fərmanı şərh edərkən deyib.

V.Bayramovun sözlərinə görə, Fərman yüz minlərlə insanın güzəştlərdən istifadə etməsi anlamına gəlir:

"Xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanmaq imkanı qazanacaqlar. Güzəşt 10 min dollar həcmində olan kreditlərə tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi üçün iki dövr nəzərdə tutulub. Birinci dövr 1 yanvar 2012-ci ildən 21 fevral 2015-ci ilədək dövrü əhatə edir. Qeyd olunan müddətdə hər dollara 0.25 qəpik güzəşt tətbiq olunacaq. Bu o deməkdir ki, əgər vətəndaş birinci devalvasiyaya qədər 10 min dollar kredit götürmüşdüsə, onun manatla ifadəsi 7800 manat idisə, devalvasiyadan sonra məbləğ 10500 manata çatdmışdı. Hər dollara 0.25 qəpik tətbiq olunduğu üçün, 10500 manatdan 2500 manat çıxılacaq. Qalan məbləğ praktik olaraq devalvasiyadan əvvəlki məbləğə çatdırılacaq".

Ekspert qeyd edib ki, 10 min dollaradək kredit götürmüş vətəndaşlara 6 min manat güzəşt tətbiq ediləcək:

"İkinci dövr 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan tarixləri əhatə edir. Bu müddətdə götürülən kreditlərin hər dollarına 0.60 qəpik tətbiq olunacaq. Bu hər 10 min dollara görə 6 min manat güzəştin tətbiq olunması anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu da o deməkdir ki, 10 min dollara qədər kredit götürən vətəndaşa 5 min dollara qədər güzəşt əldə etmək imkanı verilir.

Qalan məbləğlərin ödənilməsilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik 0,1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu güzəştin tətbiqi üçün Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat ödəyəcək".

V.Bayramov qeyd edib ki, eyni zamanda, Fərmanla banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir:

"Həmçinin, problemli kreditlərlə bağlı məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunur".

Xəbərlər     Baxılıb: 2251   Tarix: 28 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

reseptler gözəllik məhsulları sade makiyaj sekilleri otaq dizaynlari milli geyimlər aybasi qani ile cadu kampotlarin hazirlanmasi kosmetika ikizler hakışdalar atalar sozleri yemek reseptleri dolça