10 yaşlı Nurayın atası danışdı: "Əlimdə videokaset var"

10 yaşlı Nurayın atası danışdı: "Əlimdə videokaset var"On yaşlı Nurayın atası Əvəz Bayramov Ölkə.Az-ın suallarını cavablandırıb

- Əvəz müəllim, qarşı tərəf bildirir ki, keçmiş həyat yoldaşınız xərçəng xəstəsi olub və ondan imtina etmisiniz.

- Keçmiş həyat yoldaşım 2007-ci ilin sentyabrın 1-də mənim evimdən gedib.

- Öz istəyi ilə?

- Ailəmi yığıb rayona məzuniyyətə getmişəm. Anasıgilə getmək istəyib, aparmışam, üç gündən sonra zəng vurmuşam, deyib ki, boşanıram, istəmirəm. Deyirdi ki, sən reanimasiya şöbəsində gecə növbəsində işləyirsən, nə bilim harada qalırsan.

- Altı ildə övladınızı görməyə cəhd etmisiniz?

- 2011-ci ilin sentyabr ayından məhkəmə gedir. Anası 2010-cu ildə vəfat edib, müsəlmanlıq xatirinə bir il gözləmişik. Bizdə qayda belədir. Qohumlarım da dedi ki, hər halda gəlinimiz olub.

- Əgər uşaq sizinlə qalmaq istəmirsə və məcbur edirsinizsə, o əlavə travma alır axı...

- Bu qədər uşaq evləri, internatlar var, hər yaşda da uşaq var. Onda həmin uşaqlar ruhi xəstə olmalıdır?

- Siz deyirsiniz ki, uşağımı istəyirəm, xalası əksini deyir...

- Kim razı olar ki, uşağı bacanağının yanında böyüsün? Mənim uşağımdır e, kiminsə fikri maraqlı deyil.

- İkinci dəfə ailə qurmusunuz?

- Bəli.

- Həyat yoldaşınız razıdır?

- Bəli, razıdır, məhkəmə sənədlərində də var. Millətə sübut edə bilmirəm ki, bu uşağın atası mənəm, ona sahib çıxmaq istəyirəm. Əgər uşağı vemrək fikirləri var idisə, uşağımın beş yaşı olanda verərdilər, bu söz-söhbət də olmazdı.

- Məhkəmə icraçıları övladınıza qarşı kobud davrananda niyə müdaxilə etmədiniz?

- Orada baş verənlər heç yadımda deyil. Çox əsəbiydim. Altı-yeddi ildir məhkəmə gedir, təsəvvür edin. Neçə ildir ki, işlədiyim xəstəxanadan övladıma aliment ödənilir, ancaq bunlar nəinki mənə, baş həkimimə, mühasibatlığımıza böhtan atırlar. Hələ onların cavabını soruşacağam.

- Həyat yoldaşınız qohumunuz idi?

- Təsadüfi evlilik idi, qonşu kənddə yaşayırdılar. Bunlar özlərini çox tərbiyəli, əxlaqlı göstərmək istəyirlər. Onlara sual verin, bu qədər məhkəmələr, proseslər olub. Bəs niyə yoldaşımın qardaşları bu işə qarışmır?

- Niyə?

- Bu sualı onlara verin. Çünki boşanandan sonra yoldaşım qardaşlarına deyib ki, məni necə boşatmısınızsa, axıra qədər də baxın. Aralarında münaqişə var idi. Təsəvvür edin ki, bacı, ana qardaşlarla bir yerdə yaşamırlar. Gəlin köçəndə əgər ata vəfat edibsə, bacının qolundan qardaş tutur. Bizim toy kasetimizdə 55-60 yaşlı qardaşlar kənarda qalıb, bacı bacının qolundan tutub çırağa dolandırır.

- Özünüz təhsilli, ziyalı insansınız. Niyə evliliyə qədər belə olduğunu hiss etmirdiniz?

- Sonradan kasetdə görmüşəm. İkinci bacısının əri onların ağsaqqalıdır.

- Deyəsən haqqında danışdığınız şəxsin adı Eldardır...

- Deyəsən çox məlumatlısınız. Bir bacanağım bunlara heç yaxın durmur.

- Altı ildə uşağı sizə göstərirdilər?

- Məhkəmələr gedirdi, arada kin-küdurət var, o uşağa yaxın dura bilərdimmi. İstərdim danışdıqlarım olduğu kimi dərc edilsin. Mən öz uşağımı istəyirəm, kiminsə uşağını yox. Əgər məhkəmələr formaldırsa, Ədliyyə Nazirliyi nəyə lazımdır? Məgər uşağın xalasının deməyiylədir? Onlar yaxşı insan olsaydılar, başa salardılar ki, atan həkimdir, səni istəyir.

Xəbərlər     Baxılıb: 1719   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

donlar 2026 qaşların formalari həkim məsləhəti ədəbiyyat testləri qəlyanaltılar peraski cudu kofe maskasi kosmetika vətənə aid şirin qoğal sperma novruza aid hakista qız bürcü