108 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI
Aprelin 1-də 108 yaşı tamam olacaq Böyük Britaniya sakini uzunömürlü olmasının sirrini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.
Marcori Hodnet 1914-cü ildə anadan olub. Onun uşaqlıq xatirələri Birinci Dünya müharibəsi zamanı almanların Londonu bombalaması ilə bağlıdır.
"Məni yeməkxanaya apardılar və masanın altındakı döşəyin üstünə qoydular. Bir dəfə anam şəhərin üzərində uçan təyyarələri göstərmək üçün məni bayıra çıxardı", - qadın xatirələrini bölüşərkən deyib.
Britaniyalı qadın 2 dəfə ailə həyatı qurub və məktəbdə müəllim işləyib.
Hodnet hesab edir ki, o, həmişə yaxşı işlər gördüyü üçün bu qədər uzun ömür yaşayıb.
O, uzunömürlülüyünün sirri ilə bağlı sualı belə cavablandırıb: "Hər kəsə hər şəkildə və bacardığınız qədər yaxşılıq edin".
Bununla belə, etiraf edib ki, onun ailəsində başqa uzunömürlü insanlar da olub. Məsələn, qohumlarından biri 103 il yaşayıb.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi